Biznes analitika üzrə aparıcı mütəxəssisi (Omnichannel) / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

"Azərbaycan Hava Yolları" QSC

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

Omnichannel layihəsi üzrə biznes ehtiyacları ilə texniki həllər arasında əsas əlaqələndirici rolunu icra etmək;

Müxtəlif kanalları əhatə edən mövcud biznes proseslərini və müştəri təcrübəsini dərin təhlil etmək, problemləri və sistem boşluqlarını müəyyənləşdirmək;

Biznes tərəfləri ilə birbaşa işləyərək tələbləri formalaşdırmaq, dəqiqləşdirmək və prioritetləşdirmək;

Kompleks biznes ehtiyaclarını aydın, strukturlaşdırılmış və icra oluna bilən funksional tələblərə çevirmək;

Omnichannel platformalar üzrə sistemlərin necə işləməli olduğunu ümumi məntiq səviyyəsində təsvir etmək;

Müxtəlif sistemlər arasında məlumat axınlarını, inteqrasiya məntiqini və asılılıqları izah etmək;

Layihə boyunca tələblərin düzgün başa düşülməsini və texniki icra zamanı düzgün tətbiq olunmasını təmin etmək;

Tələblərdə yaranan dəyişikliklərin təsirini qiymətləndirmək və düzgün şəkildə idarə olunmasına

dəstək vermək;

Texniki və qeyri-texniki tərəflər arasında kommunikasiyanı təmin etmək, qərarların verilməsinə

analitik dəstək göstərmək;

Yeni funksiyaların biznes məqsədlərinə uyğunluğunu yoxlamaq və qəbul prosesində aktiv iştirak etmək;

Test mərhələsində biznes baxımından yoxlamalara rəhbərlik etmək, uyğunsuzluqları müəyyənləşdirmək;

Layihə üzrə əsas riskləri, boşluqları və məhdudiyyətləri əvvəlcədən müəyyən edərək idarə olunmasına töhfə vermək;

Funksional sənədlər, proses təsvirləri və izah materiallarını hazırlanmasını təmin etmək;

Layihə üzrə rəhbərlik və əsas maraqlı tərəflər üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq;

Omnichannel layihəsinin daha səmərəli və dayanıqlı qurulması üçün proses təkmilləşdirmələri təklif etmək.

Requirements

Təhsil səviyyəsi: Ali

Müştəri təcrübəsi, CRM, Omnichannel və ya müvafiq biznes sahələrində Business Analyst vəzifəsində minimum 2-3 il təcrübəsi;

Biznes tələblərinin toplanması, təhlili və funksional tələblərə çevrilməsi;

Customer Journey və müştəri proseslərinin təhlili və təkmilləşdirilməsi;

CRM və Omnichannel platformaları üzrə proses və inteqrasiya tələblərini anlamaq;

Biznes və IT/digital komandaları arasında koordinasiya və kommunikasiya;

User stories, process flows, BRD/FRD və digər analitik sənədlərin hazırlanması;

Data və KPI-lar əsasında biznes qərarlarının dəstəklənməsi;

Güclü analitik düşüncə və kommunikasiya bacarıqları.

Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).

Texniki bacarıqlar:

Müştəri və Omnichannel platformaları:

CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP CRM və ya oxşar)

CDP və müştəri məlumat platformaları (Tealium, Adobe, Segment və ya oxşar)

Çağrı mərkəzi və müştəri xidmətləri sistemləri (Genesys, Avaya, Zendesk və ya oxşar)

Analitika və hesabat alətləri:

Microsoft Excel (advanced səviyyədə)

Power BI, Tableau və ya oxşar analitika və dashboard alətləri

Google Analytics və ya oxşar istifadəçi davranışı analiz alətləri

Tələblərin idarə olunması və sənədləşmə:

Jira və ya oxşar tələblərin və task-ların idarə olunması sistemləri

Confluence və ya oxşar sənədləşmə platformaları

Proses və axın diaqramları üçün alətlər (Miro, Microsoft Visio, Draw.io)

Sistemlər və inteqrasiya anlayışı:

API və sistemlərarası inteqrasiya məntiqi (REST, məlumat axınları – kod yazmadan)

Web və mobil tətbiqlərin iş prinsipləri:

İdentifikasiya və giriş sistemləri (SSO, istifadəçi profilləri, əsas təhlükəsizlik məntiqi)

Test və keyfiyyətə nəzarət:

UAT proseslərinin təşkili və sənədləşdirilməsi

Test ssenarilərinin izlənməsi üçün alətlər (TestRail, Jira və ya oxşar)

İş qrafiki:

Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

Heydər Əliyev Beynəlxalq Hava Limanı

Apply at the source

This role was published by "Azərbaycan Hava Yolları" QSC and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗