Sistem İnteqrasiyası Mühəndisi (Mid-level)
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Mid-level
- Category
- Other Tech
- Posted
- Deadline
Description
Vəzifə və öhdəliklər
Windows Server və Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası, yenilənməsi və gündəlik idarə olunmasını həyata keçirmək;
Active Directory, DNS, DHCP, Group Policy və digər əsas infrastruktur servislərini konfiqurasiya etmək, idarə etmək və dayanıqlı işini təmin etmək;
VMware vSphere/ESXi, vCenter, Hyper-V və digər virtualizasiya platformalarında virtual maşınların yaradılması, konfiqurasiyası, resursların idarə olunması və texniki problemlərin aradan qaldırılmasını həyata keçirmək;
Fiziki və virtual serverlərin, sistem xidmətlərinin və infrastruktur komponentlərinin monitorinqini aparmaq, performans və əlçatanlıq problemlərini analiz etmək;
Sistemlərdə yaranan insidentləri müstəqil şəkildə araşdırmaq, root cause təhlili aparmaq və uyğun həll yollarını tətbiq etmək;
Server, storage, SAN, backup və virtualizasiya sistemlərinin inteqrasiyası və texniki idarə olunması üzrə işləri həyata keçirmək;
Yeni sistem və xidmətlərin mövcud İT infrastrukturuna inteqrasiyasını planlamaq və icra etmək;
Backup və restore proseslərinin düzgün işləməsinə nəzarət etmək, bərpa testlərini həyata keçirmək və nasazlıqların aradan qaldırılmasını təmin etmək;
TCP/IP, DNS, VLAN, routing və digər əsas şəbəkə prinsiplərindən istifadə etməklə server və xidmətlərin bağlantı problemlərini analiz etmək;
Sistem resurslarının, logların, xidmətlərin və performans göstəricilərinin monitorinqini və ilkin analitik qiymətləndirilməsini aparmaq;
Mövcud infrastrukturun inventarlaşdırılması, texniki sənədləşmənin və sistem konfiqurasiyalarının aktual saxlanılmasını təmin etmək;
İnfrastruktur dəyişikliklərini planlamaq, change proseslərində iştirak etmək və həyata keçirilən dəyişiklikləri sənədləşdirmək;
Şəbəkə, informasiya təhlükəsizliyi, tətbiq və digər texniki komandalarla koordinasiyalı şəkildə işləmək;
Sistem inteqrasiyası, miqrasiya, modernizasiya, yenilənmə və yeni infrastruktur layihələrinin texniki icrasında iştirak etmək;
Kiçik həcmli texniki işləri və tapşırıqları müstəqil şəkildə planlamaq və icra etmək;
İT təhlükəsizliyi üzrə daxili qayda, standart və prosedurlara riayət etmək.
Tələblər
Təhsil:
İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil.
Təcrübə:
Sistem inzibatçılığı, sistem mühəndisliyi və ya sistem inteqrasiyası sahəsində ən azı 2–3 il praktiki iş təcrübəsi.
Texniki bacarıqlar:
Windows Server mühitlərinin quraşdırılması, konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə;
Active Directory, DNS, DHCP və Group Policy xidmətlərinin idarə olunması və troubleshooting bacarığı;
VMware vSphere/ESXi, vCenter və ya Hyper-V platformalarında praktiki iş təcrübəsi;
TCP/IP, IP ünvanlama, subnetting, VLAN, routing, DNS və əsas şəbəkə protokolları üzrə yaxşı bilik;
Server, storage, SAN və backup infrastrukturu üzrə praktiki anlayış;
Backup, restore və disaster recovery prinsipləri üzrə bilik və praktiki təcrübə;
Windows və Linux sistemlərində troubleshooting bacarığı;
Sistem loglarının və monitorinq məlumatlarının təhlili bacarığı;
İnfrastruktur insidentlərinin araşdırılması və root cause analysis yanaşması üzrə təcrübə;
Texniki sənədlərin, prosedurların, change qeydlərinin və konfiqurasiya sənədlərinin hazırlanması bacarığı;
Üstünlük sayılır
VMware vSphere, vCenter, HA, DRS və digər virtualizasiya komponentləri üzrə praktiki təcrübə;
Veeam Backup & Replication və ya digər backup həlləri ilə praktiki iş təcrübəsi;
HPE, Dell, Lenovo və ya digər istehsalçıların server və storage sistemləri ilə iş təcrübəsi;
SAN, FC, iSCSI və storage təqdimatı üzrə baza və ya praktiki biliklər;
Linux serverlərin quraşdırılması və idarə olunması üzrə praktiki təcrübə;
PowerShell, Bash və ya digər skript dilləri ilə avtomatlaşdırma təcrübəsi;
Zabbix, Grafana, Graylog və ya digər monitorinq və log idarəetmə sistemləri ilə iş təcrübəsi;
Microsoft, VMware, Red Hat və ya digər müvafiq İT sertifikatlarının olması;
Sistem miqrasiyası, virtualizasiya, data center və ya infrastruktur modernizasiya layihələrində iştirak etmiş olmaq;
Ticketing və change management prosesləri ilə iş təcrübəsi.
Tələb olunan səriştələr
Texniki problemləri müstəqil şəkildə analiz etmək və həll yolları formalaşdırmaq bacarığı;
Güclü analitik və məntiqi düşünmə qabiliyyəti;
Root cause analysis yanaşması;
Prioritetləri düzgün müəyyən etmək və bir neçə texniki tapşırığı paralel idarə etmək bacarığı;
Məsuliyyətlilik, operativlik və detallara diqqət;
Komandada işləmək və digər texniki komandalarla effektiv ünsiyyət qurmaq bacarığı;
Texniki qərarları əsaslandırmaq və düzgün şəkildə sənədləşdirmək bacarığı;
Yeni texnologiyaları sürətlə mənimsəmək və praktiki tətbiq etmək bacarığı;
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.
Apply at the source
This role was published by Bestcomp Group and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/bestcomp-group-sistem-inteqrasiyasi-muhendisi-mid-level-152640