Senior Data Engineer
- Location
- Not specified
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Data & Analytics
- Posted
Description
Təşkilatın məlumat infrastrukturunun qurulması və inkişaf etdirilməsi, müxtəlif informasiya sistemlərində formalaşan məlumatların vahid mühitdə toplanması, emalı və istifadəyə hazırlanması istiqamətində fəaliyyət göstərəcək Senior Data Engineer axtarırıq.
Müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, emalı və ötürülməsi üçün data pipeline-lar hazırlamaq;
ETL/ELT proseslərini qurmaq, avtomatlaşdırmaq və optimallaşdırmaq;
Data Warehouse və Data Mart həllərinin hazırlanmasında və inkişaf etdirilməsində iştirak etmək;
Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların emalını təşkil etmək;
Məlumat modellərini və məlumat bazalarının strukturunu layihələndirmək;
Mənbə sistemlərlə məlumat platformaları arasında inteqrasiyalar qurmaq;
API, fayl mübadiləsi və digər üsullarla məlumatların qəbulunu və ötürülməsini təmin etmək;
Məlumatların tamlığını, düzgünlüyünü və aktuallığını yoxlamaq;
Data keyfiyyəti üzrə avtomatlaşdırılmış nəzarət mexanizmləri hazırlamaq;
Data pipeline-larda yaranan xətaları müəyyənləşdirmək və aradan qaldırmaq;
Böyükhəcmli məlumat sorğularının və emal proseslərinin performansını optimallaşdırmaq;
Analitika, hesabatlılıq və süni intellekt komandaları üçün istifadəyə hazır data strukturları yaratmaq;
Data platformalarının fəaliyyətini monitorinq etmək və dayanıqlı işləməsini təmin etmək;
Məlumatların saxlanılması və ötürülməsi zamanı informasiya təhlükəsizliyi tələblərini nəzərə almaq;
Məlumat axınlarını, data modellərini və hazırlanmış texniki həlləri sənədləşdirmək;
Data mühəndislərinə texniki dəstək göstərmək və hazırlanmış həllərin keyfiyyətinə nəzarət etmək.
Requirements
İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat, mühəndislik və ya digər uyğun istiqamət üzrə ali təhsil;
Data mühəndisliyi, məlumat bazalarının hazırlanması və ya əlaqəli sahədə minimum 4 il iş təcrübəsi;
SQL üzrə yüksək səviyyədə bilik və mürəkkəb sorğuların hazırlanması təcrübəsi;
Python və ya digər uyğun proqramlaşdırma dili ilə praktiki iş təcrübəsi;
ETL/ELT proseslərinin və data pipeline-ların hazırlanması təcrübəsi;
Relyasiyalı məlumat bazalarından ən azı biri ilə praktiki iş təcrübəsi;
Data Warehouse və məlumatların modelləşdirilməsi prinsipləri üzrə bilik;
REST API, JSON, XML, CSV və digər məlumat mübadiləsi formatları ilə işləmək bacarığı;
Data keyfiyyətinin yoxlanılması və emal proseslərinin monitorinqi üzrə təcrübə;
Git əsaslı versiya nəzarəti sistemləri ilə işləmək bacarığı;
Linux mühitində işləmək üzrə baza və ya orta səviyyədə bilik;
Texniki problemləri müstəqil təhlil etmək və uyğun həll hazırlamaq bacarığı;
İngilis dilində texniki sənədləri oxuyub anlama bacarığı;
Komanda daxilində işləmək və texniki qərarları aydın şəkildə izah etmək bacarığı.
Üstünlük hesab olunur
Airflow və ya digər data pipeline idarəetmə alətləri;
Spark, Kafka və ya böyükhəcmli məlumatların emalı texnologiyaları;
Oracle, PostgreSQL, Microsoft SQL Server və ya digər korporativ məlumat bazaları;
PL/SQL, T-SQL və ya analoji verilənlər bazası proqramlaşdırma dilləri;
Docker və konteyner əsaslı tətbiqlər;
Data Lake, metadata və Data Catalog həlləri;
Məlumatların qorunması və giriş hüquqlarının idarə edilməsi;
Dövlət, maliyyə və ya iri korporativ informasiya sistemləri ilə iş təcrübəsi
Apply at the source
This role was published by Maliyyə Nazirliyi - Rəqəmsal Maliyyə Mərkəzi and listed via Hr Rmm Mof.az. Applications are handled there, not on this site.
Original posting: https://hr-rmm.mof.az/vacancies/c4947119-1296-47ab-ad31-390b9571ec5a