Data mühəndisi
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
Vəzifənin məqsədi
AS Group-un ERP sistemi və korporativ ekosistemində məlumatların vahid, etibarlı və
analitik istifadə üçün yararlı şəkildə formalaşdırılmasını təmin etmək. Data Engineer məlumat anbarının (DWH)
qurulması və inkişafı, ETL/ELT proseslərinin yaradılması, müxtəlif sistemlər arasında inteqrasiyaların təmin
edilməsi, məlumatların keyfiyyətinin və sənədləşdirilməsinin təşkilinə cavabdeh olacaq.
İşin təsviri:
ERP modulları və digər mənbələr əsasında məlumat anbarının (DWH) layihələndirilməsi
və inkişaf etdirilməsi;
ETL/ELT məlumat axınlarının qurulması və müşayiət
edilməsi, məlumatların müntəzəm və dayanıqlı yüklənməsinin təmin edilməsi;
ERP, korporativ portalı və xarici məlumat mənbələri arasında inteqrasiyaların
qurulması;
Raw, staging və data marts səviyyələrindən ibarət məlumat
modellərinin hazırlanması;
BI və idarəetmə hesabatları üçün məlumat
vitrinlərinin (data marts) hazırlanması və hesabatların avtomatlaşdırılması;
Məlumatların keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi — tamlıq, dublikatlar və
məlumatların konsistentliyinin yoxlanılması;
Vahid məlumat kataloqlarının
və məlumat modellərinin formalaşdırılması, məlumat axınlarının və mənbələrin sənədləşdirilməsi;
Proqnozlaşdırma və analitika üçün məlumat dəstlərinin hazırlanması;
Məlumat yükləmələrinin monitorinqi, problemlərin müəyyən edilməsi və aradan
qaldırılması;
Biznes tələblərinin məlumat modellərinə və analitik həllərə
çevrilməsində biznes və analitika komandaları ilə əməkdaşlıq.
Tələb olunanlar:
Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya
əlaqəli sahələr üzrə ali təhsil;
Məlumatların emalı və pipeline-ların
hazırlanması üçün Python bilikləri;
API və JSON/CSV/XML kimi məlumat
formatları ilə işləmə bacarığı;
Rus dilində sərbəst ünsiyyət və yazılı
nitq; İngilis dili — texniki sənədləri oxuma səviyyəsində.
Şəxsi keyfiyyətlər:
Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı;
Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı;
Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət;
Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi;
Komanda ilə effektiv əməkdaşlıq.
İş şərtləri:
İş qrafiki: 09:00–18:00
Məşğulluq növü:
tam ştat / 5 iş günü
İş yeri: Zahid Xəlilov küç.576
Biz təklif edirik:
Rəqabətli əmək haqqı;
Stabil və peşəkar
iş mühiti;
AS Group-un rəqəmsallaşma komandasında çalışma
imkanı;
Data istiqamətinin sıfırdan qurulmasında iştirak və arxitekturaya
təsir etmək imkanı;
Güclü development komandası;
Karyera və peşəkar inkişaf imkanları.
İş şərtləri
İş qrafiki: 09:00–18:00
Məşğulluq növü:
tam ştat / 5 iş günü
Biz təklif edirik:
Rəqabətli əmək haqqı
Stabil və peşəkar iş
mühiti
Karyera və peşəkar inkişaf imkanları
Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərsiniz.
Apply at the source
This role was published by AS Group and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/data-muhendisi-x8ip4d