Aparıcı Database Administrator

AFB Bank

Location
Not specified
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

Aparıcı Database Administrator

İnformasiya Texnologiyaları departamenti

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil (Bakalavr);

Oracle Database administrasiyası üzrə 1-2 il iş təcrübəsi;

Azərbaycan dili (əla), İngilis dili (texniki orta səviyyədə bilmək mütləqdir);

Oracle Enterprise Manager və/və ya digər database monitoring alətləri ilə işləmə bacarığı;

Oracle user, role və privilege management üzrə bilik;

Oracle session, locking və blocking mexanizmləri haqqında bilik;

Tablespace, datafile, schema və database storage management üzrə bilik;

Oracle backup/recovery və RMAN haqqında praktiki bilik;

Database alert log və digər Oracle diagnostic məlumatlarını analiz etmək bacarığı.

İŞİN TƏSVİRİ:

Oracle Database mühitlərinin gündəlik monitorinqini və administrasiyasını həyata keçirmək;

Gündəlik backup proseslərinin nəticələrini yoxlamaq, uğursuz backup-ları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək;

Backup və recovery prosesləri üzrə outsource şirkətlə koordinasiya etmək;

Database səviyyəsində istifadəçilərin yaradılması, deaktiv edilməsi və silinməsi;

Database istifadəçilərinə müvafiq role və privilege-lərin verilməsi və geri alınması;

Aktiv database session-ları monitorinq etmək;

Uzun müddət davam edən, bloklanmış və ya resursları həddindən artıq istifadə edən session-ları müəyyən etmək;

Blocking session və lock vəziyyətlərini ilkin səviyyədə analiz etmək;

Database üzrə CPU, memory, storage və digər əsas resurs göstəricilərini monitorinq etmək;

Database space utilization və datafile/tablespace vəziyyətinə nəzarət etmək;

Tablespace və storage tutumunun kritik həddə çatması barədə əvvəlcədən məlumat vermək;

Database alert və error loglarını mütəmadi yoxlamaq;

Database səviyyəsində yaranan insidentlər üzrə ilkin texniki analiz aparmaq;

Zəruri hallarda insidenti outsource DBA komandasına eskalasiya etmək və onların qoşulmasına qədər ilkin diaqnostikanı aparmaq;

Outsource DBA ilə birlikdə kritik database insidentlərinin həllində iştirak etmək;

Database üzrə planlaşdırılmış maintenance və dəyişikliklərdə iştirak etmək;

Oracle Database patch və upgrade işlərinin həyata keçirilməsində outsource komanda ilə koordinasiya etmək;

Database üzrə monitoring sistemlərindən gələn alert-ləri araşdırmaq və müvafiq tədbirlər görmək;

Database performansında müşahidə olunan problemləri ilkin səviyyədə analiz etmək və zəruri hallarda Senior DBA-ya eskalasiya etmək;

Database üzrə əməliyyatların və görülmüş işlərin sənədləşdirilməsini təmin etmək;

Database inventory və texniki sənədlərin aktual saxlanılmasında iştirak etmək;

Database security və access management tələblərinə riayət etmək;

Database audit və access loglarının yoxlanılmasında iştirak etmək;

Müəyyən edilmiş IT Change Management və Incident Management prosedurlarına uyğun fəaliyyət göstərmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı Database Administrator ” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Apply at the source

This role was published by AFB Bank and listed via Afb.az. Applications are handled there, not on this site.

View & apply on careers.afb.az ↗