Baş data analitik
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
- Müxtəlif informasiya sistemlərindən əldə edilən məlumatların təhlilini aparmaq və nəticələr əsasında praktiki təkliflər hazırlamaq;
- Rəhbərlik və aidiyyəti struktur bölmələr üçün analitik hesabatlar, idarəetmə panelləri və vizual təqdimatlar hazırlamaq;
- Biznes və funksional tələbləri təhlil edərək onları data və hesabatlılıq tələblərinə çevirmək;
- Məlumat mənbələrini, göstəricilərin hesablanma metodologiyasını və hesabatların formalaşma qaydalarını müəyyən etmək;
- Böyükhəcmli məlumatlar üzrə sorğular hazırlamaq, məlumatları emal etmək və təhlilə uyğun formaya salmaq;
- Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində, hesablanmasında və monitorinqində iştirak etmək;
- Məlumatlarda meyilləri, qarşılıqlı əlaqələri, kənarlaşmaları və potensial riskləri müəyyən etmək;
- Proqnozlaşdırma və statistik təhlil üsullarından istifadə etməklə qərarların qəbuluna analitik dəstək göstərmək;
- Məlumatların keyfiyyətini yoxlamaq, uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üzrə təkliflər vermək;
- Analitik hesabatların hazırlanması və yenilənməsi proseslərinin avtomatlaşdırılmasında iştirak etmək;
- Data Engineer, proqram təminatı, biznes və digər aidiyyəti komandalarla birgə işləmək;
- Məlumatların inteqrasiyası, Data Warehouse və Data Mart həllərinin hazırlanmasına funksional və analitik dəstək göstərmək;
- Analitik həllər, hesabatlar və göstəricilər üzrə texniki və metodoloji sənədlər hazırlamaq;
- Data analitiklərin işinə metodoloji dəstək göstərmək və hazırlanmış nəticələrin keyfiyyətinə nəzarət etmək;
- Müasir data analitika alətlərini və yanaşmalarını araşdırmaq, onların tətbiqi üzrə təkliflər hazırlamaq.
Requirements
İnformasiya texnologiyaları, informatika, statistika, riyaziyyat, iqtisadiyyat, maliyyə və ya digər uyğun istiqamət üzrə ali təhsil;
Data analitika, biznes analitika, hesabatlılıq və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
SQL üzrə yüksək səviyyədə bilik və mürəkkəb sorğuların hazırlanması təcrübəsi;
Power BI, Tableau, Oracle BI və ya digər biznes analitika alətlərindən biri ilə praktiki iş təcrübəsi;
Python və ya digər analitik proqramlaşdırma vasitələrindən istifadə bacarığı;
Məlumatların təmizlənməsi, transformasiyası, modelləşdirilməsi və vizuallaşdırılması üzrə praktiki biliklər;
Verilənlər bazaları, Data Warehouse və ETL/ELT prosesləri haqqında anlayış;
Statistik təhlil metodları və əsas göstəricilərin hesablanması üzrə biliklər;
Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
Güclü analitik düşüncə, problem həll etmə və nəticələri düzgün şərh etmək bacarığı;
Analitik nəticələri texniki olmayan istifadəçilərə aydın şəkildə təqdim etmək bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
İngilis dilində texniki sənədləri oxuyub anlama bacarığı.
Üstünlük hesab olunur
Maliyyə, bank, dövlət maliyyəsi və ya iri korporativ informasiya sistemləri ilə iş təcrübəsi;
Oracle, Microsoft, SAP və ya digər korporativ data platformaları üzrə təcrübə;
Oracle BI, PL/SQL və ya analoji texnologiyalarla işləmək bacarığı;
Data Warehouse və Data Mart həllərinin hazırlanmasında iştirak;
Böyükhəcmli məlumatların emalı üzrə praktiki təcrübə;
Proqnozlaşdırma, maşın öyrənməsi və anomaliyaların aşkarlanması üzrə baza və ya praktiki biliklər;
Git və versiya nəzarəti sistemləri ilə işləmək bacarığı;
Analitika və ya məlumatların idarə edilməsi üzrə beynəlxalq sertifikatların olması;
Kiçik analitik komandanın fəaliyyətinin əlaqələndirilməsi və əməkdaşlara mentorluq təcrübəsi.
Apply at the source
This role was published by Maliyyə Nazirliyi - Rəqəmsal Maliyyə Mərkəzi and listed via Hr Rmm Mof.az. Applications are handled there, not on this site.
Original posting: https://hr-rmm.mof.az/vacancies/00c2b128-1dd5-4641-94b3-c83d976f0f47