Süni intellekt üzrə mütəxəssis (AI Engineer)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data Science & ML
- Posted
Description
Generativ süni intellekt texnologiyalarından istifadə etməklə chatbotlar, virtual assistentlər, AI agentləri və digər intellektual həllər hazırlayacaq Süni intellekt üzrə mütəxəssis axtarırıq.
Mütəxəssis təşkilatın fəaliyyətində süni intellektin tətbiqi imkanlarını araşdıracaq, real iş prosesləri üzrə istifadə ssenariləri formalaşdıracaq və həmin ssenarilər əsasında işlək həllər hazırlayacaqdır.
Vəzifə chatbot və virtual assistentlərin yaradılması ilə yanaşı, müəyyən tapşırıqları icra edə, informasiya sistemləri ilə əlaqə qura, məlumatları təhlil edə və nəticə təqdim edə bilən AI agentlərinin hazırlanmasını da əhatə edir.
Təşkilatın fəaliyyət istiqamətləri üzrə süni intellektin tətbiqi mümkün olan prosesləri müəyyənləşdirmək;
İstifadəçilərin suallarını cavablandıran chatbot və virtual assistentlər hazırlamaq;
Təşkilatın sənədləri və məlumatları əsasında intellektual axtarış və sual-cavab sistemləri qurmaq;
Müxtəlif informasiya mənbələri əsasında bilik bazaları yaratmaq və onların aktuallığını təmin etmək;
Böyük dil modellərini mövcud informasiya sistemlərinə, məlumat bazalarına və rəqəmsal xidmətlərə inteqrasiya etmək;
Promptları və sistem təlimatlarını hazırlamaq, test etmək və nəticələr əsasında optimallaşdırmaq;
Mətnlərin təhlili, ümumiləşdirilməsi, təsnifatı və məlumatların çıxarılması üzrə AI həlləri hazırlamaq;
Təkrarlanan iş proseslərinin süni intellekt vasitəsilə avtomatlaşdırılması üzrə həllər qurmaq;
Yeni ideyalar üzrə prototiplər, POC və demo həllər hazırlamaq;
Hazırlanan həllərin dəqiqliyini, etibarlılığını, təhlükəsizliyini və istifadə rahatlığını qiymətləndirmək;
Yanlış, natamam və əsassız model cavablarını müəyyənləşdirmək və həllərin keyfiyyətini artırmaq;
AI həllərinin istifadəsi, texniki quruluşu və iş prinsipləri üzrə sənədlər hazırlamaq;
İstifadəyə verilmiş həllərin monitorinqində və davamlı təkmilləşdirilməsində iştirak etmək;
Süni intellekt sahəsində yeni texnologiyaları araşdırmaq və onların tətbiqi üzrə təkliflər vermək.
AI agentləri üzrə vəzifələr
Müəyyən edilmiş iş proseslərini tam və ya qismən icra edən AI agentləri hazırlamaq;
Agentlərin yerinə yetirəcəyi funksiyaları, qərarvermə ardıcıllığını və icazə səviyyələrini müəyyənləşdirmək;
Agentlərin informasiya sistemləri, məlumat bazaları, sənədlər və xarici xidmətlərlə inteqrasiyasını qurmaq;
Agentlərin lazımi alətləri və funksiyaları çağıraraq çoxmərhələli tapşırıqları icra etməsini təmin etmək;
Zəruri hallarda bir neçə AI agentinin qarşılıqlı fəaliyyət göstərdiyi iş axınları hazırlamaq;
Mühüm və riskli əməliyyatlarda insan təsdiqi tələb edən nəzarət mexanizmləri tətbiq etmək;
Agentlərin fəaliyyət tarixçəsinin qeydə alınmasını, nəticələrinin yoxlanılmasını və monitorinqini təşkil etmək;
Agentləri real istifadə ssenariləri üzrə test etmək və fəaliyyətini optimallaşdırmaq.
Requirements
İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat, mühəndislik və ya digər uyğun istiqamət üzrə ali təhsil;
Python proqramlaşdırma dili üzrə praktiki bilik;
Generativ süni intellekt və böyük dil modelləri ilə iş təcrübəsi;
Chatbot, virtual assistent, AI agenti və ya digər AI əsaslı həllərdən ən azı birinin hazırlanması üzrə praktiki təcrübə;
RAG yanaşması və bilik bazalarının qurulması haqqında anlayış;
REST API-lər vasitəsilə sistemlərarası inteqrasiya qurmaq bacarığı;
Promptların və böyük dil modelləri üçün sistem təlimatlarının hazırlanması bacarığı;
SQL və verilənlər bazaları üzrə baza və ya orta səviyyədə bilik;
Böyük dil modellərinin imkanları, məhdudiyyətləri və tətbiq riskləri haqqında anlayış;
Hazırlanmış həlləri test etmək və nəticələri qiymətləndirmək bacarığı;
Git əsaslı versiya nəzarəti sistemləri ilə işləmək bacarığı;
İngilis dilində texniki sənədləri oxuyub anlama bacarığı;
Analitik düşüncə, problem həll etmə və komanda daxilində işləmək bacarığı.
Aşağıdakı istiqamətlərdən biri və ya bir neçəsi üzrə təcrübə üstünlükdür:
LangChain, LangGraph, LlamaIndex və ya digər analoji AI tətbiq vasitələri;
Vektor məlumat bazaları və semantik axtarış həlləri;
Ollama və ya digər lokal böyük dil modelləri;
MCP və alət çağırışı mexanizmləri;
Çoxagentli sistemlərin hazırlanması;
n8n, Make və ya digər avtomatlaşdırma platformaları;
Docker və Linux mühitində işləmək;
AI həllərinin qiymətləndirilməsi, loqlaşdırılması və monitorinqi;
Azərbaycan dilində mətnlərin emalı ilə bağlı layihələr;
İnformasiya təhlükəsizliyi və məsuliyyətli süni intellekt prinsipləri;
Dövlət, maliyyə və ya iri korporativ informasiya sistemləri ilə iş təcrübəsi.
Apply at the source
This role was published by Maliyyə Nazirliyi - Rəqəmsal Maliyyə Mərkəzi and listed via Hr Rmm Mof.az. Applications are handled there, not on this site.
Original posting: https://hr-rmm.mof.az/vacancies/c8df7924-b102-4aa4-8233-4850fc47ee04