Java Developer (Middle)

Yelo Bank

Java

Location
Baku
Employment
Full-time
Level
Mid-level
Category
Backend
First seen

Description

Yelo Bank komandasına qoşulmaq üçün Junior Java Developer axtarırıq. Bu vəzifədə siz bankın rəqəmsal məhsullarının və daxili sistemlərinin inkişaf etdirilməsi, mövcud funksionallıqların təkmilləşdirilməsi və yeni həllərin hazırlanmasında iştirak edəcəksiniz. Siz təcrübəli proqramçılar, biznes analitiklər, test komandası və digər İT komandaları ilə birlikdə işləyərək layihələrin hazırlanmasında və tətbiqində rol alacaqsınız.

Əsas vəzifələr:

Java və Spring Boot əsasında etibarlı, genişlənə bilən (scalable) mikroxidmətlərin və backend sistemlərinin hazırlanması

Bankın daxili sistemləri (Core Banking, CRM və s.) və xarici tərəfdaşlar ilə təhlükəsiz REST API və event-driven (Apache Kafka) inteqrasiyaların qurulması

Relyasiyalı verilənlər bazalarının (PostgreSQL/Oracle) layihələndirilməsi, SQL sorğularının və Redis vasitəsilə keşləmə mexanizmlərinin optimizasiyası

Clean Code, SOLID və təhlükəsiz proqramlaşdırma prinsiplərinə uyğun keyfiyyətli kodun yazılması, Unit testlərin təmin edilməsi və Code Review proseslərində aktiv iştirak

Agile (Scrum) komandası ilə (Product Owner, Sistem Analitiki, QA, DevOps) birgə texniki tələblərin analizi və arxitektur həllərin tətbiq edilməsi

Requirements

İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil

Java proqramlaşdırma üzrə minimum 2 il iş təcrübəsi

Obyekt yönümlü proqramlaşdırma (OOP – Object-Oriented Programming) prinsiplərini bilmək

Spring Framework və ya Spring Boot haqqında ilkin biliklər

SQL və verilənlər bazaları üzrə baza bilikləri

REST API anlayışı və JSON ilə işləmə bacarığı

Git versiya nəzarət sistemi ilə işləmək bacarığı

Problem həll etmə və analitik düşünmə bacarığı

Komandada işləmək və öyrənməyə açıq olmaq

Azərbaycan dili sərbəst, ingilis dili üzrə texniki sənədləri oxuma səviyyəsində bilik

Üstünlük hesab olunur:

Oracle, PostgreSQL və ya MySQL verilənlər bazaları ilə tanışlıq

Docker haqqında ilkin biliklər

Maven və ya Gradle build alətləri ilə tanışlıq

Jira və ya digər task management alətləri ilə işləmə təcrübəsi

Bank, fintech və ya rəqəmsal məhsullar üzrə maraq və ya təcrübə

Apply at the source

This role was published by Yelo Bank and listed via HelloJob.az. Applications are handled there, not on this site.

View & apply on hellojob.az ↗