İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi Sistem və şəbəkə inzibatçılığı sektoru Baş şəbəkə inzibatçısı
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- First seen
- Deadline
Description
Əsas vəzifə öhdəlikləri:
Əsas vəzifə öhdəlikləri:
- Cəmiyyətin korporativ məlumat ötürmə şəbəkəsinin (LAN, WAN, WLAN) və əlaqəli şəbəkə infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
- Şəbəkə avadanlıqlarının (marşrutlaşdırıcı, kommutator, firewall, Wi-Fi kontroller və giriş nöqtələri) quraşdırılması, konfiqurasiyası, yenilənməsi və texniki sazlığının təmin edilməsi;
- Şəbəkə arxitekturasının layihələndirilməsi, seqmentasiya (VLAN), IP ünvanlama planının hazırlanması və marşrutlaşdırma siyasətlərinin idarə olunması;
- Obyektlər arasında WAN kanallarının, VPN bağlantılarının və ehtiyat rabitə xətlərinin konfiqurasiyası, monitorinqi və dayanıqlılığının təmin edilməsi;
- Şəbəkə təhlükəsizliyi mexanizmlərinin — firewall qaydaları, giriş nəzarəti siyahıları (ACL), NAT, IDS/IPS və məzmun filtrasiyası — tətbiqi və idarə olunması;
- Korporativ (İT) və istehsalat (OT/IACS) şəbəkə seqmentləri arasında təhlükəsiz ayrılmanın və yalnız təsdiqlənmiş trafik axınlarının tətbiqinin təmin edilməsi;
- Şəbəkənin davamlı monitorinqi, kanalların yüklənməsinin təhlili, nasazlıqların operativ aşkarlanması, diaqnostikası və aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının müntəzəm ehtiyat nüsxələnməsi, versiya nəzarəti və fövqəladə hallarda operativ bərpasının təmin edilməsi;
- Strukturlaşdırılmış kabel sisteminin (SCS), optik xətlərin və kommutasiya şkaflarının vəziyyətinə nəzarət, markalanma və sənədləşmənin aparılması;
- İstifadəçilərin və qurğuların şəbəkəyə qoşulması üzrə autentifikasiya mexanizmlərinin (802.1X, RADIUS, NAC) və qonaq şəbəkəsinin idarə olunması;
- Şəbəkə avadanlıqları üzrə inzibati hesabların, giriş hüquqlarının və konfiqurasiya dəyişikliklərinin korporativ standartlara uyğun idarə olunması, audit izlərinin saxlanılması;
- Mövcud şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, tutumun planlaşdırılması, yeni texnoloji həllərin araşdırılması və tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
- Şəbəkə topologiyası sxemlərinin, texniki sənədləşmənin, təlimatların və istismar sənədlərinin hazırlanması və yenilənməsini təmin etmək;
- İnternet və rabitə provayderləri, təchizatçılar və xidmət təminatçıları ilə texniki koordinasiyanı həyata keçirmək, xidmət səviyyəsi göstəricilərinə (SLA) nəzarət etmək;
- Şəbəkə ilə bağlı insidentlərin idarə olunması, xidmətlərin operativ bərpası və təkrarlanmanın qarşısının alınması üzrə tədbirlər görmək; sektor daxilində işlərin koordinasiyasını həyata keçirmək və əməkdaşlara metodiki dəstək göstərmək;
- Hesabat, texniki arayış, rəy və digər xidməti sənədlərin hazırlanmasında iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzuolunandır;
- Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
- Kompüter bilikləri:
- Şəbəkə protokolları və texnologiyaları üzrə dərin bilik: TCP/IP, IPv4/IPv6, VLAN, STP, EtherChannel/LACP, QoS və multicast;
- Marşrutlaşdırma protokolları (OSPF, BGP, statik marşrutlaşdırma) və L2/L3 kommutasiya üzrə konfiqurasiya və nasazlıqların aradan qaldırılması təcrübəsi;
- Korporativ səviyyəli şəbəkə avadanlıqları (Fortinet, Cisco, HPE/Aruba, Huawei, MikroTik və digər analoji istehsalçılar) üzrə quraşdırma, konfiqurasiya və idarəetmə bacarığı;
- Firewall və NGFW platformaları (Fortinet, Palo Alto, Check Point və digər analoji həllər) üzrə təhlükəsizlik siyasətlərinin qurulması, NAT, VPN (IPSec, SSL) və seqmentasiya təcrübəsi;
- Simsiz şəbəkə həlləri: Wi-Fi kontrollerlər, giriş nöqtələri, əhatə dairəsinin planlaşdırılması və optimallaşdırılması üzrə bilik və praktiki təcrübə;
- Şəbəkəyə giriş nəzarəti mexanizmləri: 802.1X, RADIUS/TACACS+, NAC həlləri və sertifikat əsaslı autentifikasiya;
- Şəbəkə xidmətlərinin (DNS, DHCP, NTP, proxy) idarə olunması və Active Directory mühiti ilə inteqrasiyası üzrə biliklər;
- Monitorinq və idarəetmə alətləri (Zabbix, PRTG, ManageEngine OpManager, NetFlow/sFlow təhlili, SNMP, syslog) vasitəsilə şəbəkənin izlənilməsi, konfiqurasiyaların edilməsi və təhlili bacarığı;
- Strukturlaşdırılmış kabel sistemləri, optik xətlər, patç-panellər və kommutasiya şkaflarının quruluşu üzrə biliklər; şəbəkə ölçmə və diaqnostika alətlərindən istifadə bacarığı;
- Sənaye şəbəkələri və OT/İT seqmentasiyası (Purdue modeli, sənaye protokolları üzrə ümumi anlayış) barədə biliklər arzuolunandır;
- Windows Server və Linux əməliyyat sistemləri üzrə baza səviyyəsində biliklər; texniki sənədlərlə, şəbəkə topologiyası sxemləri ilə və inzibati hesabatlarla işləmək bacarığı;
- Şəbəkə üzrə peşəkar sertifikatların (CCNA/CCNP, NSE, JNCIA və ya analoji) olması arzuolunandır.
Tələb olunan təhsil:
- Ali təhsil (İT üzrə olması arzuolunandır)
Tələb olunan iş təcrübəsi:
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et
Apply at the source
This role was published by AzerGold and listed via Azergold. Applications are handled there, not on this site.
Original posting: https://careers.azergold.az/vacancies/informasiya-kommunikasiya-texnologiyalari-teminati-sobesi-sistem-ve-sebeke-inzibatciligi-sektoru-bas-sebeke-inzibatcisi