Uçuş təhlükəsizliyinin idarəedilməsi sistemləri üzrə böyük mütəxəssis (SMS)

Milli Aviasiya Akademiyası

Location
Baku
Employment
Full-time
Category
Security
Posted

Description

Təlim mərkəzinin ATO, FSTD və ATCO fəaliyyətləri üzrə Təhlükəsizliyin İdarəedilməsi Sisteminin (SMS) effektiv fəaliyyətinin təmin edilməsində iştirak etmək

SMS-in ICAO standartları, EASA tələbləri və Azərbaycan Respublikasının müvafiq aviasiya qanunvericiliyinə və normativ tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək vermək

Təhlükələrin (Hazard) müəyyən edilməsi, qeydiyyatı, təhlili və risklərin qiymətləndirilməsi proseslərini təşkil etmək və həyata keçirmək

Təhlükəsizlik risklərinin qiymətləndirilməsi, risklərin azaldılması tədbirlərinin müəyyən edilməsi və onların effektivliyinin monitorinqində iştirak etmək

Təhlükəsizlik göstəricilərinin (Safety Performance Indicators – SPIs) və təhlükəsizlik məqsədlərinin monitorinqində iştirak etmək

Təhlükəsizlik üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanmasını təmin etmək

Təhlükəsizlik hadisələri, insidentlər, uyğunsuzluqlar və digər safety-related məlumatların araşdırılmasında iştirak etmək

Təhlükəsizlik hadisələrinin kök səbəblərinin (Root Cause) və sistemli faktorların müəyyən edilməsinə dəstək vermək

Müvafiq hallarda düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) hazırlanmasını, icrasını və effektivliyinin monitorinqini həyata keçirmək

Safety Reporting System vasitəsilə daxil olan məlumatların təhlilini və izlənilməsini həyata keçirmək

Təhlükəsizlik məlumatlarının məxfiliyinin və “Just Culture” prinsiplərinin qorunmasına riayət etmək

ATO, FSTD və ATCO bölmələrində təhlükəsizliklə bağlı proseslərin monitorinqində iştirak etmək

Təhlükəsizlik auditləri, inspeksiyalar, daxili qiymətləndirmələr və təhlükəsizlik sorğularının planlaşdırılması və həyata keçirilməsində iştirak etmək

Audit və monitorinq nəticələri əsasında təhlükəsizlik risklərinin və tendensiyaların müəyyən edilməsinə dəstək vermək

Təhlükəsizlik üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək

Rəhbərliyə təhlükəsizlik göstəriciləri, əsas risklər, tendensiyalar və tələb olunan tədbirlər barədə məlumat təqdim etmək

Requirements

Ali təhsil (aviasiya, hava nəqliyyatı, mühəndislik, təhlükəsizlik, idarəetmə və ya əlaqəli sahələr üzrə)

ICAO və EASA-nın SMS və təhlükəsizlik idarəetməsi üzrə əsas tələblərini bilmək

ATO, FSTD və ATCO təlim fəaliyyətləri üzrə təhlükəsizlik və uyğunluq tələblərini bilmək

Təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi prinsiplərini bilmək

Safety Performance, Safety Assurance və Safety Reporting prinsiplərini bilmək

Hadisələrin araşdırılması, kök səbəb təhlili (Root Cause Analysis) və düzəldici tədbirlərin idarə edilməsini bilmək

Just Culture, təhlükəsizlik mədəniyyəti və Management of Change (MoC) prinsiplərini bilmək

Aviasiya sahəsində audit, Compliance Monitoring və təhlükəsizlik məlumatlarının təhlili prinsiplərini bilmək

Azərbaycan Respublikasının aviasiya sahəsində müvafiq normativ-hüquqi tələblərini bilmək

Apply at the source

This role was published by Milli Aviasiya Akademiyası and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗