Kibertəhlükəsizlik inzibatçısı
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Security
- Posted
Description
Ümumi məlumat Araz Supermarketlər Şəbəkəsi " Kibertəhlükəsizlik inzibatçısı " vakansiyası üzrə işə qəbul elan edir! Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Kibertəhlükəsizlik inzibatçısı ” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər. Öhdəliklər Müəyyən edilmiş standartlar, qaydalar və prosedurlar əsasında işlərin planlaşdırılması və icrası; Sistem və şəbəkə təhlükəsizliyi üzrə sazlama işlərinin həyata keçirilməsi; Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığının təmin edilməsi; Firewall avadanlıqlarında giriş icazələrinin tənzimlənməsi və idarə olunması; Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin fasiləsiz işlək vəziyyətdə saxlanılması, loqlama mexanizmlərinin qurulması və optimallaşdırılması; Şirkət layihələrində kibertəhlükəsizlik tələblərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasında iştirak; Təhlükəsizlik testləri nəticəsində aşkarlanan boşluqların aradan qaldırılması; Əməliyyatların dayanıqlığı və fövqəladə hallardan bərpa (DRP) planlaşdırılması, test edilməsi və icrasında iştirak; Kritik informasiya resurslarında edilən dəyişikliklər zamanı müvafiq kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi; Şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqların icrası. Tələblər Ali təhsil (İT və ya kibertəhlükəsizlik sahəsi üzrə olması arzuolunandır); Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Firewall (Palo Alto, Fortinet və s.), VPN və IDS/IPS sistemləri ilə praktiki iş təcrübəsi; Şəbəkə, sistem və təhlükəsizlik avadanlıqları, onların əməliyyat sistemləri və beynəlxalq İT standartları üzrə biliklər; NGFW, CCNA, CompTIA Security+ üzrə nəzəri və praktiki biliklər; Analitik düşünmə, problem həll etmə və komandada işləmə bacarığı. Bulud mühitlərində (Azure, AWS və ya GCP) təhlükəsizlik prinsipləri üzrə biliklər üstünlükdür;
Apply at the source
This role was published by Araz Supermarket and listed via Araz Supermarket. Applications are handled there, not on this site.
Original posting: https://jobaraz.retail.az/vac/detail?vacancyId=1140