Data analitika üzrə mütəxəssis

Milli Aviasiya Akademiyası

Location
Baku
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

  • Tələbələrin təhsil nailiyyətləri, akademik fəaliyyət, tədrisin nəticələri, akkreditasiya göstəriciləri və digər akademik proseslərə dair məlumatların toplanmasına dəstək
  • Toplanmış məlumatların emalı və təhlili
  • Məlumat bazalarının yaradılması və mütəmadi olaraq yenilənməsi
  • Verilənlərin strukturlaşdırılması və təmizlənməsi (data cleaning)
  • Tədrisin keyfiyyəti və təhsil proseslərinin effektivliyinə dair statistik və analitik təhlillərin aparılması
  • Trendlərin, çatışmazlıqların və imkanların aşkarlanması üçün data modellərinin qurulması
  • Rəhbərliyə və digər şöbələrə dəqiq və əsaslandırılmış analitik hesabatların təqdim olunması və qərarvermə prosesinə dəstək
  • Analitik nəticələrin qrafiklər, dashboard-lar və digər vizual vasitələrlə nümayiş etdirilməsi
  • MAA-nın strateji məqsədlərinə uyğun keyfiyyət indikatorlarının izlənməsi və təhlili
  • Daxili və beynəlxalq akkreditasiya və reytinq meyarlarına uyğun göstəricilərin analizi
  • Məlumatlardan çıxarılan nəticələrə əsasən keyfiyyətin artırılması üçün təkliflərin hazırlanması
  • Digər şöbələrlə məlumat mübadiləsi və analitik dəstəyin göstərilməsi
  • MAA-da hesabatlılığın avtomatlaşdırılması ilə əlaqədar təkliflərin verilməsi
  • Şöbənin fəaliyyət planlarının hazırlanmasında və qiymətləndirilməsində iştirak

Requirements

  • Ali təhsil (informasiya texnologiyaları, kompüter elmləri, iqtisadiyyat, idarəetmə, tətbiqi riyaziyyat, təhsil və ya digər uyğun ixtisaslar üzrə)
  • Məlumatların vizuallaşdırılması alətləri ilə işləmək bacarığı
  • Verilənlər bazasının idarəetmə sistemlərində məlumatların emalı və manipulyasiyası bacarığı
  • Təhsil prosesləri, təhsil analitikası və göstəricilərinin təhlili üzrə bilik
  • Təhsildə keyfiyyət təminatı prinsipləri və yanaşmaları üzrə bilik
  • Analitik düşünmə, problemlərin həlli və qərarvermə bacarığı
  • Diqqətlilik, dəqiqlik və nəticəyönümlülük
  • Təşəbbüskarlıq, öyrənməyə həvəs və yeniliklərə açıqlıq
  • Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı

Apply at the source

This role was published by Milli Aviasiya Akademiyası and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.com ↗