Network Administrator/Şəbəkə inzibatçısı (Baş/Aparıcı mütəxəssis)

Azərpoçt MMC

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
IT Support & SysAdmin
Posted

Description

  • Korporativ şəbəkə infrastrukturunun (Firewall, IPS, Switch, Router və s.) fasiləsiz, təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
  • Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması, konfiqurasiyası və istismarının həyata keçirilməsi;
  • Şəbəkə avadanlıqlarında yaranan nasazlıqların diaqnostikası, təhlili və operativ şəkildə aradan qaldırılması (troubleshooting);
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik risklərinin aşkarlanması və onların aradan qaldırılması üzrə texniki həllərin hazırlanması və tətbiqi;
  • Firewall, VPN, IPS və digər təhlükəsizlik həllərinin idarə olunması və dəstəklənməsi;
  • Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının ehtiyat nüsxələrinin (backup) yaradılması, bərpası və dəyişikliklərin idarə olunması;
  • Şəbəkə resurslarına giriş hüquqlarının yaradılması, dəyişdirilməsi və idarə edilməsi;
  • VPN tunellərinin qurulması, idarə olunması və fasiləsiz işləməsinin təmin edilməsi;
  • Bulud infrastrukturu ilə məlumat mərkəzi arasında şəbəkə inteqrasiyasının qurulması və dəstəklənməsi;
  • IP telefoniya infrastrukturunun idarə olunması və texniki dəstəyin göstərilməsi;
  • Yeni rabitə kanallarının qoşulması, avadanlıqların sazlanması və xidmətlərin istismara qəbulunda iştirak;
  • Şəbəkə monitorinq sistemlərinin qurulması, idarə olunması və inkişaf etdirilməsi;
  • Şəbəkə trafikinin monitorinqi və təhlili, performansın optimallaşdırılması və potensial problemlərin qabaqlayıcı şəkildə aşkarlanması;
  • İnternet və rabitə xidmətləri üzrə provayderlərlə texniki məsələlərin həlli və koordinasiyanın təmin edilməsi;
  • Şəbəkə infrastrukturuna dair texniki sənədlərin, topologiya sxemlərinin, konfiqurasiya məlumatlarının və inventar uçotunun aktual vəziyyətdə saxlanılması.

Requirements

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli ixtisaslar üzrə üstünlükdür);
  • Korporativ şəbəkə infrastrukturu və ya sistem inteqrasiyası sahəsində minimum 3 il iş təcrübəsi;
  • Korporativ WAN/LAN şəbəkələrinin layihələndirilməsi, qurulması, istismarı və inkişafı üzrə praktiki təcrübə;
  • Cisco Routing, Switching və Security həlləri üzrə nəzəri bilik və praktiki təcrübə;
  • Cisco, Fortinet və digər istehsalçıların şəbəkə avadanlıqlarının konfiqurasiyası, idarə olunması və texniki dəstəyi üzrə təcrübə;
  • NGFW, IPS, WAF, VPN və digər şəbəkə təhlükəsizliyi həlləri ilə iş təcrübəsi;
  • Linux əməliyyat sistemi üzrə inzibatçılıq bilikləri;
  • IP telefoniya sistemlərinin idarə olunması üzrə təcrübə;
  • Şəbəkə avadanlıqlarının quraşdırılması, kabelləşdirilməsi və istismara verilməsi üzrə təcrübə;
  • Şəbəkə protokolları (TCP/IP, OSPF, BGP, VLAN, STP, NAT, DHCP, DNS və s.) üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi prinsipləri və şəbəkə təhlükəsizliyi standartları üzrə biliklər;
  • Şəbəkə monitorinq sistemləri (məsələn, Zabbix, PRTG, SolarWinds və s.) ilə iş təcrübəsi üstünlükdür;
  • CCNP, Fortinet NSE/FCP və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
  • İngilis dili biliyi (texniki sənədlərin oxunması və istehsalçıların texniki dəstək xidmətləri ilə yazışma səviyyəsində).

Apply at the source

This role was published by Azərpoçt MMC and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.com ↗