Sistem Administratoru
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
İş barədə məlumat:
Şirkətin server və şəbəkə infrastrukturunun idarə olunması və daim işlək vəziyyətdə saxlanılması;
İT avadanlıqlarının (kompüter, printer, şəbəkə cihazları və s.) sazlanması və problemlərin aradan qaldırılması;
İstifadəçilərə texniki dəstəyin göstərilməsi (hardware/software);
Məlumatların ehtiyat nüsxələrinin (backup) mütəmadi aparılması və təhlükəsizliyinin təmin olunması;
Şəbəkə və sistemlərdə yaranan nasazlıqların vaxtında aradan qaldırılması;
İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunması.
İş yeri: Winter park plaza (ofisdən)
Namizədə tələblər:
Ali təhsil (informasiya texnologiyaları və ya oxşar sahə üzrə üstünlük verilir);
Sistem administratoru və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi;
Windows/Linux server sistemləri üzrə biliklər;
Şəbəkə texnologiyaları (LAN/WAN, TCP/IP, VPN və s.) haqqında biliklər;
Virtualizasiya (VMware, Hyper-V) ilə işləmək bacarığı üstünlükdür;
Komanda ilə işləmə bacarığı, məsuliyyət və operativlik.
Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – yaxşı səviyyədə, İngilis dili - arzuolunandır;
Namizədlərdən “ Sistem Administratoru ” yazaraq CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Apply at the source
This role was published by Global Management and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/global-management-sistem-administratoru-149127