System administratoru mütəxəssisi
- Location
- Baku
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Əmək haqqı -1300-1500 AZN (Namizədin bilik və bacarıqlarına əsasən).
Öhdəliklər
Server və şəbəkə infrastrukturunun fasiləsiz və stabil işləməsinin təmin edilməsi;
Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası və administrasiyası;
Active Directory mühitinin idarə edilməsi (user, group, policy və s.);
Virtual maşınların yaradılması, resursların optimallaşdırılması və monitorinqi;
Backup və bərpa prosedurlarının icrası və mütəmadi test edilməsi;
Təhlükəsizlik siyasətlərinin tətbiqi və patch management prosesinin icrası;
Şəbəkə və firewall qaydalarının idarə olunması;
Sistem problemlərinin analiz edilməsi və operativ aradan qaldırılması;
Sistem performansının monitorinqi və optimallaşdırılması;
Yeni sistemlərin qurulması və mövcud sistemlərin təkmilləşdirilməsi layihələrində iştirak;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
İT aktivlərinin inventarizasiyası və sənədləşməsinin aparılması.
Tələblər
Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky və s.) əməliyyat sistemləri üzrə inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər;
Active Directory (AD DS) – User/Group management, GPO, OU strukturu, DNS, DHCP üzrə təcrübə;
File Server, Print Server və Share permission modelləri üzrə praktiki biliklər;
Virtualizasiya texnologiyaları – vmWare (ESXi, vCenter), VM provisioning və resurs idarəetməsi;
Backup həlləri ilə iş təcrübəsi – Veeam və ya oxşar sistemlər (backup policy, restore, DR ssenariləri);
Şəbəkə əsasları – TCP/IP, VLAN, Subnetting, NAT, Firewall əsasları;
Firewall və təhlükəsizlik sistemləri – Fortigate, Sophos, Palo Alto və ya oxşar həllərlə iş təcrübəsi arzu olunandır;
Mail sistemləri – Microsoft Exchange (on-prem və ya Online) üzrə biliklər;
Monitoring alətləri – Zabbix, PRTG və ya oxşar sistemlərlə iş təcrübəsi;
Loglama və audit mexanizmləri üzrə anlayış;
Storage sistemləri (SAN/NAS) üzrə bilik və LUN idarəetməsi təcrübəsi;
Microsoft 365 (Teams, SharePoint, OneDrive) inzibatçılığı üzrə təcrübə;
System avadanlığlarının fiziki qurulması və ilkin qoşulmanın təmin edilməsi;
Bilik və bacarıqlar:
Şəbəkə texnologiyalarının prinsiplərini bilmək
Distributed File System (DFS) üzrə bacarıqlar
Şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
Vmware Vsphere, MS Hyper-v) texnologiyaları
Windows Server və Linux mühitlərinin qurulması, konfiqurasiyası və idarə olunması
Backup və restore strategiyalarının qurulması və test edilməsi
Active Directory, Group Policy, DNS, DHCP və fayl serverlərinin administrasiyası.
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Apply at the source
This role was published by NeoTelecom Services and listed via Jooble. Applications are handled there, not on this site.
Original posting: https://jooble.az/vacancies/tecili-is-elani-neotelecom-services-system-administratoru-mutexessisi-9471300