Rəqəmsal kiçik biznes sahəsinin biznes analitika üzrə mütəxəssisi

ABB

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted
Deadline

Description

Gör ə c ə yiniz işl ə r:

Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;

Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;

Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;

Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;

Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;

Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;

Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;

İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.

Bizim üçün uyğun namiz ə d:

Ali təhsilə;

Sahə üzrə minimum 3 il təcrübəyə;

Bank məhsulları haqqında biliklərə;

Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsinə;

Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına;

Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliyə;

Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);

Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;

Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.

Apply at the source

This role was published by ABB and listed via ABB. Applications are handled there, not on this site.

View & apply on careers.abb-bank.az ↗