Zəif Cərəyan və Avtomatika Sistemləri üzrə Layihəçi Mühəndis

North West

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Vəzifə Öhdəlikləri

Binadaxili və sahədaxili zəif cərəyan sistemlərinin (yanğın siqnalizasiyası,

təhlükəsizlik siqnalizasiyası, videomüşahidə (CCTV), giriş nəzarəti (Access Control), quruluş-kabel sistemi (SKS),

lokal şəbəkə (LAN) və s.) layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.

Bina avtomatikası (BMS - Building Management System) və mühəndis sistemlərinin

dispetçerləşdirilməsi (mərkəzləşdirilmiş monitorinq və idarəetmə) layihələrinin hazırlanmasını idarə

etmək.

Ventilyasiya, isitmə-soyutma (HVAC), nasosxana və digər mühəndis

avadanlıqlarının avtomatlaşdırılması (idarəetmə şkafları, sensor və aktuatorların seçilməsi, idarəetmə

alqoritmlərinin tərtibi) üzrə texniki həllərin hazırlanmasını təmin etmək.

Səsli xəbərdarlıq (yanğın zamanı təxliyə) və ictimai bildiriş (PA) sistemlərinin

layihələndirilməsini idarə etmək.

Videomüşahidə, giriş nəzarəti və

periметr mühafizə sistemlərinin texniki tapşırıqlarının hazırlanmasını təmin etmək.

Server otaqları, telekommunikasiya qovşaqları (kross-otaqlar) və data-mərkəzlərin texniki

həllərini hazırlamaq.

Zəif cərəyan və avtomatika xətlərinin trasslarının

seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik, su-kanalizasiya, mexanika) koordinasiyasını həyata

keçirmək.

Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə

uyğun hazırlanmasına nəzarət etmək.

Dövlət qurumları (o cümlədən müvafiq

nəzarət və mühafizə orqanları) və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak

etmək.

Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək,

avtomatika sistemlərinin pusk-nizamlama (commissioning) işlərinə texniki dəstək vermək.

Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə

cavabdeh olmaq.

Tələblər

AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; avtomatika sxemlərinin

tərtibi üçün müvafiq proqram təminatı (məs. EPLAN, CODESYS və s.) ilə iş təcrübəsi üstünlükdür.

Texniki sənədlərin hazırlanması üçün Word və Excel.

Yanğın siqnalizasiyası, videomüşahidə, giriş nəzarəti, SKS sistemləri, həmçinin bina

avtomatikası (BMS), PLC və SCADA sistemləri üzrə dərin bilik və layihələndirmə təcrübəsi.

SNiP, SP, AzDTN və digər normativ bazaya (o cümlədən müvafiq beynəlxalq standartlar - EN,

TIA/EIA) yüksək səviyyədə bələdlik.

Komanda idarəetmə, koordinasiya və

layihə nəzarəti bacarıqları.

Azərbaycan və rus dillərində texniki

sənədləşmə ilə işləmə bacarığı.

Telekommunikasiya,

informasiya-kommunikasiya texnologiyaları, avtomatika-telemexanika və ya elektrik mühəndisliyi üzrə ali texniki

təhsil.

Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən

mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.

Yaşayış binaları, məktəb və

bağçalar, sənaye obyektləri, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.

Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Layihəçi Mühəndis (Low voltage)” başlığı ilə göndərməklə edə

bilərsiniz.

Apply at the source

This role was published by North West and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗