Texniki Dəstək və Müştəri Xidmətləri Mütəxəssisi
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Junior specialist
- Category
- IT Support & SysAdmin
- Posted
Description
MEDHIS MMC olaraq, proqram təminatı sahəsində təqdim etdiyimiz həllərlə biznes proseslərinin optimallaşdırılmasına dəstək göstəririk. Hazırda komandamıza müştərilərlə daimi əlaqə quracaq, proqramın istifadəsi zamanı yaranan texniki sualları çevik şəkildə cavablandıracaq və yüksək səviyyəli xidmət göstərəcək Texniki Dəstək və Müştəri Xidmətləri Mütəxəssisi tələb olunur.
İş rejimi: I-V günlər, 09:00 - 17:00, VI gün, 09:00 - 15:00
Əmək haqqı: 600-800 AZN (namizədin təcrübə səviyyəsinə uyğun olaraq danışıqlar əsasında müəyyən edilir).
Ünvan: Xocalı prospekti 55, Aga Business Center.
Biz sizə səmimi və rahat iş mühiti, həmçinin proqram təminatı istiqamətində karyera və peşəkar inkişaf imkanları təklif edirik.
Maraqlanan şəxslər öz CV-lərini hr@medhis.az e-poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı e-məktubun mövzu hissəsində "Texniki Dəstək Mütəxəssisi" qeyd edilməsi zəruridir. İş təcrübəsi: Müştəri xidmətləri, Çağrı mərkəzi və ya Texniki dəstək sahələrində ən azı 1 illik iş təcrübəsi.
Ünsiyyət və Emosional İntellekt (EQ): Şifahi və yazılı kommunikasiya bacarıqlarının yüksək səviyyədə olması. Münaqişəli vəziyyətlərdə belə səbirli, etik və nəticəyə köklənmiş yanaşma nümayiş etdirmək.
Analitik düşüncə və diqqət: İstifadəçi problemlərini operativ şəkildə analiz etmək və texniki məsələləri sadə və anlaşıqlı dildə izah etmək bacarığı.
Rəqəmsal vərdişlər: Kompüter və müxtəlif veb platformalarla işləmək bacarığı, yeni proqram təminatlarını qısa müddətdə öyrənmək qabiliyyəti.
Məsuliyyət hissi: İş öhdəliklərinə vicdanla yanaşmaq və daxil olan müraciətləri tam şəkildə icra etmək.
Komanda işi və əməkdaşlıq: Çətin anlarda komanda üzvlərinə dəstək göstərmək, digər şöbələrlə (proqramçılar və satış departamenti) səmərəli əməkdaşlıq qurmaq və müştəri məmnuniyyətini prioritet tutmaq.
Apply at the source
This role was published by MEDHIS MMC and listed via Holo.az. Applications are handled there, not on this site.
Original posting: https://holo.az/jobs/3501-texniki-destek-ve-musteri-xidmetleri-mutexessisi