Help Desk mütəxəssisi
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Junior specialist
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Şirkət daxilində tətbiq olunan proqram təminatları və İT sistemləri üzrə texniki dəstəyin göstərilməsi;
İstifadəçi profillərinin açılması və daxilolma hüquqlarının tənzimlənməsi;
Windows əməliyyat sistemi, şəbəkə avadanlıqları və proqram təminatlarında yaranan nasazlıqların ilkin diaqnostikasının aparılması;
İP kamera, DVR/NVR/MDVR və videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyinin təmin edilməsi;
Yeni İT platformalarının və proqramlarının öyrənilməsi və inzibatçılıq proseslərinin həyata keçirilməsi;
Texniki nasazlıqların qeydiyyata alınması və lazım gəldikdə müvafiq qaydada yönləndirilməsi (eskalasiya).
İş yeri: Bakı şəhəri
Təminatlar:
Rəsmi əmək müqaviləsi ilə işə qəbul;
Müasir korporativ iş mühiti;
Stabil və vaxtında ödənilən əmək haqqı;
Peşəkar inkişaf üçün daxili və xarici təlimlərdə iştirak imkanı;
Sistem administrasiyası, serverlər, GPS/IoT və video sistemləri sahəsində təcrübə qazanmaq şansı;
Real iş layihələrində praktiki iştirak;
Performans göstəricilərinə əsaslanan əmək haqqı artımı və karyera yüksəlişi;
Korporativ mobil nömrə ilə təmin olunma. IT Help Desk, Texniki dəstək və ya kiçik sistem administratoru sahəsində ilkin biliklər;
Windows əməliyyat sistemləri üzrə yüksək səviyyəli biliklər;
TCP/IP, IP ünvanlaşdırma, DNS, DHCP, portlar və LAN/WAN şəbəkə protokolları haqqında baza bilikləri;
Video müşahidə sistemləri, o cümlədən IP kamera, DVR, NVR və MDVR avadanlıqları barədə ümumi məlumat;
IP kameraların şəbəkə konfiqurasiyası, portlar, stream, codec, bitrate və digər texniki parametrlərin tənzimlənməsi;
Router, modem, 4G/LTE cihazları və SIM kartların ilkin sazlanması və idarə olunması;
AnyDesk, TeamViewer, Remote Desktop kimi uzaqdan idarəetmə proqramları ilə sərbəst işləmək bacarığı;
Linux, SSH, serverlər, API və logların idarə olunması bilikləri üstünlük hesab olunur;
Rus dili – sərbəst danışıq qabiliyyəti mütləqdir;
İngilis dili – orta səviyyədə bilik;
Yeni texnologiyaları sürətli mənimsəmək, analitik təhlil etmək və problemləri ardıcıl şəkildə həll etmək bacarığı;
İşində məsuliyyətli, diqqətli və sistemli yanaşma tərzi.
Apply at the source
This role was published by Pa Consulting and listed via Holo.az. Applications are handled there, not on this site.
Original posting: https://holo.az/jobs/3733-help-desk-mutexessisi