Texniki Dəstək Mütəxəssisi
- Location
- Baku
- Employment
- Full-time
- Level
- Junior specialist
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Şirkətin daxili IT infrastrukturu və proqram təminatı ilə bağlı texniki dəstək xidmətlərinin göstərilməsi;
İstifadəçi profillərinin yaradılması və sistemlərə giriş icazələrinin tənzimlənməsi;
Windows əməliyyat sistemi, şəbəkə avadanlıqları və proqram çatışmazlıqlarının ilkin diaqnostikası;
IP kameralar, DVR, NVR və MDVR qurğularının, eləcə də videonəzarət sistemlərinin quraşdırılması və texniki baxışı;
Müasir proqram təminatları və platformaların mənimsənilməsi və onların idarə olunması;
Texniki nasazlıqların sistemli şəkildə qeydiyyata alınması və lazım gəldikdə aidiyyəti üzrə yönləndirilməsi.
Əmək haqqı: Rəsmi əmək müqaviləsi ilə net 700 AZN-dən başlayaraq, görülən işin həcminə və layihə göstəricilərinə uyğun dövri bonuslar.
İş qrafiki: Tam ştat, I-V günləri 09:00-18:00, şənbə günü 10:00-16:00 (tələb olunduğu təqdirdə).
İş yeri: Bakı şəhəri.
Üstünlüklər:
Əmək qanunvericiliyinə uyğun rəsmi qeydiyyat;
Peşəkar korporativ iş mühiti;
Daimi və sabit əmək haqqı;
Daxili peşəkar təlimlər və xarici kurslarda iştirak imkanı;
Sistem administrasiyası, IoT/GPS texnologiyaları, server və videonəzarət sistemləri sahəsində karyera inkişafı;
Real layihələrdə biliklərin tətbiqi və iş təcrübəsinin artırılması;
Performans əsaslı əmək haqqı artımı və vəzifədə irəliləmə şansı;
Korporativ nömrə ilə təminat. İT Help Desk, texniki dəstək və ya kiçik sistem administratoru vəzifələri üzrə ilkin biliklər;
Windows əməliyyat sisteminin dərindən mənimsənilməsi;
TCP/IP, IP, DNS, DHCP, port və LAN/WAN protokolları üzrə baza anlayışı;
IP kamera, DVR/NVR/MDVR cihazları və ümumi video müşahidə sistemləri haqqında biliklər;
Kamera IP ünvanları, portlar, stream, codec, bitrate və şəbəkə konfiqurasiyaları barədə məlumatlılıq;
Router, modem, SIM kart və 4G/LTE şəbəkə avadanlıqlarının ilkin tənzimlənməsi bacarığı;
AnyDesk, TeamViewer və Remote Desktop kimi məsafədən idarəetmə proqramları ilə təcrübə;
Linux, SSH, server, API və loq (log) idarəetməsi sahəsində təcrübə üstünlük kimi qiymətləndirilir;
Rus dili biliyi mütləqdir;
İngilis dili biliyi orta səviyyədə olmalıdır;
Yeni texnologiyaları sürətli mənimsəmək, analitik düşüncə tərzi və problemlərin ardıcıl həlli bacarığı;
İşində məsuliyyətli, diqqətcil və sistemli yanaşma nümayiş etdirmək.
Apply at the source
This role was published by IOT MMC and listed via Holo.az. Applications are handled there, not on this site.
Original posting: https://holo.az/jobs/3534-texniki-destek-mutexessisi