Soyuducu sistemləri üzrə mühəndis

Tamstore

Location
Baku
Employment
Full-time
Category
Other Tech
Posted

Description

📍 Tamstore MMC “Soyuducu sistemləri üzrə mühəndis” vakansiyası elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Soyuducu sistemlərin quraşdırılması, sazlanması və istismarını təmin etmək;
  • Mövcud sistemlərin texniki vəziyyətinə daimi nəzarət etmək üçün servis əməkdaşlarını yönləndirmək və planlı profilaktik baxış keçirmək;
  • Yaranmış nasazlıqların aradan qaldırılması üçün servis şirkətini aidiyyati marketə yönləndirmək və işi icrasına nəzarət etmək;
  • Enerji səmərəliliyinin artırılması və qənaət tədbirləri üzrə təkliflər hazırlamaq;
  • İstismar və təmir işləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Soyuducu sistemlər üçün lazım olan ehtiyat hissələri, alətlər və materialların siyahısını tərtib etmək;
  • Yeni avadanlıqların seçilməsi və quraşdırılmasında iştirak etmək;
  • Hesabat, texniki sənədləşmə və iş jurnallarını aparmaq;
  • İşçilərə soyuducu sistemlərin düzgün istifadəsi və təhlükəsizlik qaydaları barədə təlim keçmək.

Tələblər:

  • Retail sektorunda minimum 2 il iş təcrübəsi;
  • Nəqliyyat vasitəsinin olması;
  • MS Office bilikləri;
  • Stressə davamlılıq;
  • Kollektivdə işləmək bacarığı;
  • Ezamiyyətlərə açıq olmaq;
  • Ali təhsil olması üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Ərazi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Soyuducu sistemləri üzrə mühəndis” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply at the source

This role was published by Tamstore and listed via Work.az. Applications are handled there, not on this site.

View & apply on work.az ↗