Şəbəkə inzibatçılığı üzrə Mütəxəssis (Network Administrator Middle)

Iktex

Location
Baku
Employment
Full-time
Level
Mid-level
Category
IT Support & SysAdmin
Posted

Description

Departament: İT Departamenti

İstiqamət (Chapter): Sistem İnzibatçılığı

Birbaşa rəhbər: Sistem İnzibatçılığı üzrə funksional sahə rəhbəri

Vəzifənin Məqsədi

Şirkətin şəbəkə infrastrukturunun təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, şəbəkə avadanlıqlarının inzibatçılığını müstəqil şəkildə həyata keçirmək, şəbəkənin optimallaşdırılması və inkişafı üzrə texniki həllərin tətbiqində iştirak etmək.

Vəzifə Öhdəlikləri

Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və gündəlik inzibatçılığını həyata keçirmək;

Switch, Router, Firewall, Wireless Access Point və digər şəbəkə avadanlıqlarını idarə etmək;

Routing və Switching konfiqurasiyalarını hazırlamaq və optimallaşdırmaq;

VLAN, DHCP, DNS, NAT və digər şəbəkə xidmətlərinin idarə olunmasını təmin etmək;

VPN həllərinin qurulması, konfiqurasiyası və texniki dəstəyini təmin etmək;

Firewall siyasətlərinin hazırlanmasında, tətbiqində və optimallaşdırılmasında iştirak etmək;

Şəbəkə monitorinq sistemlərini idarə etmək, yaranan problemləri analiz etmək və aradan qaldırmaq;

Şəbəkə avadanlıqlarının ehtiyat nüsxələrinin hazırlanmasını və bərpasını təmin etmək;

Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsini planlaşdırmaq və həyata keçirmək;

Şəbəkə performansını analiz etmək və optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;

Root Cause Analysis (RCA) aparmaq və təkrarlanan problemlərin qarşısının alınması üçün tədbirlər görmək;

Şəbəkə sxemlərini və texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;

Junior əməkdaşlara texniki dəstək və mentorluq göstərmək;

Layihələrdə şəbəkə üzrə əsas texniki icraçı kimi iştirak etmək;

Yeni şəbəkə texnologiyalarını araşdırmaq və tətbiqi üzrə təkliflər hazırlamaq;

Dəyişiklikləri müəyyən edilmiş Change Management prosedurlarına uyğun planlaşdırmaq və həyata keçirmək.

Texniki Tələblər

TCP/IP, OSI modeli və əsas şəbəkə protokolları üzrə yaxşı biliklər;

Routing və Switching texnologiyaları üzrə praktiki biliklər;

VLAN, STP, DHCP, DNS, NAT və ACL texnologiyaları üzrə biliklər;

Firewall və VPN texnologiyaları üzrə praktiki biliklər;

Wireless şəbəkələrinin qurulması və idarə olunması üzrə biliklər;

Linux və Windows Server əməliyyat sistemləri üzrə inzibatçılıq bilikləri;

Şəbəkə monitorinqi və performans analizinin aparılması üzrə biliklər;

Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsi və konfiqurasiyasının ehtiyat nüsxələrinin idarə olunması üzrə biliklər;

İnformasiya təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi prinsipləri üzrə biliklər.

Səlahiyyətlər

Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və gündəlik inzibatçılığını müstəqil şəkildə həyata keçirmək;

Routing, Switching, VPN və Firewall konfiqurasiyalarını hazırlamaq və dəyişikliklər etmək;

Şəbəkə monitorinq sistemlərini idarə etmək və optimallaşdırmaq;

Şəbəkə problemlərini araşdırmaq və həll etmək;

Texniki sənədləri hazırlamaq və yeniləmək;

Junior əməkdaşlara texniki dəstək göstərmək;

Şəbəkə infrastrukturunun inkişafı və optimallaşdırılması üzrə təkliflər vermək.

Məsuliyyətlər

Şəbəkə infrastrukturunun fasiləsiz, təhlükəsiz və stabil fəaliyyətinin təmin olunmasına görə məsuliyyət daşımaq;

Şəbəkədə həyata keçirilən dəyişikliklərin düzgünlüyünə və təhlükəsizliyinə görə məsuliyyət daşımaq;

Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının və ehtiyat nüsxələrinin düzgün idarə olunmasına görə məsuliyyət daşımaq;

Şəbəkə performansının monitorinqi və problemlərin vaxtında aradan qaldırılmasına görə məsuliyyət daşımaq;

İnformasiya təhlükəsizliyi siyasətlərinə, daxili normativ sənədlərə və standart əməliyyat prosedurlarına riayət etmək;

Texniki sənədlərin aktuallığını təmin etmək;

Junior əməkdaşlara göstərilən texniki dəstəyin keyfiyyətinə görə məsuliyyət daşımaq;

Öz peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək.

Şəxsi Keyfiyyət / Davranış

Analitik düşünmə və problemləri sistemli şəkildə həll etmə bacarığı;

Yüksək məsuliyyət hissi və intizamlı yanaşma;

Komandada işləmək və bilik paylaşmaq bacarığı;

Təşəbbüskarlıq və nəticəyönümlülük;

Detallara diqqətli yanaşmaq;

Stress şəraitində operativ qərar qəbul etmək bacarığı;

Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə açıq olmaq;

Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;

Effektiv yazılı və şifahi ünsiyyət bacarığı.

Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.

Apply at the source

This role was published by Iktex and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗