HelpDesk mütəxəssisi

HMC Company

Location
Baku
Employment
Internship
Level
Student
Category
IT Support & SysAdmin
Posted

Description

Helpdesk mütəxəssis - Ödənişli Təcrübə Proqramı

İT sahəsində özünü inkişaf etdirmək, real layihələrlə işləmək və peşəkar bir mühitdə təcrübə qazanmaq istəyirsənsə — HMC Company tam sənlikdir!

Komandamıza ödənişli Təcrübəçi İT Helpdesk mütəxəssisi axtarırıq

Qeyd: Maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@hmc.az ünvanına göndərmələri xahiş olunur. WhatsApp vasitəsilə və ya telefon zəngi ilə edilən müraciətlər nəzərə alınmayacaq və həmin namizədlər seçim prosesindən kənarlaşdırılacaqlar.

  • Tələbə olmamalıdır (İstisna: magistratura – axşam növbəsi)
  • Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dilləri – arzuolunandır
  • Diqqətlilik, dəqiqlik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlər
  • Ümumi İT helpdesk biliklərinin olması – üstünlük
  • Korporativ şəbəkələrin iş prinsipləri üzrə biliklər
  • LAN/WAN, VPN texnologiyaları üzrə biliklər
  • Router, Switch və Firewall avadanlıqları barədə bilik
  • Microsoft Windows əməliyyat sistemləri və proqram təminatlarının qurulması bacarığı
  • VMware və digər virtuallaşma sistemləri üzrə biliklər – üstünlük
  • Linux / RedHat / Ubuntu bilikləri – üstünlük

Öhdəliklər

  • Müştəri və şirkət daxilində yaranan İT problemlərinin operativ həlli
  • Korporativ şəbəkə, server və sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi
  • LAN/WAN, VPN və digər şəbəkə xidmətlərinin qurulması və dəstəyi
  • Router, Switch, Firewall və digər avadanlıqlarla işləmək, sazlama və diaqnostika
  • Microsoft Windows əməliyyat sistemlərinin və proqram təminatlarının quraşdırılması və dəstəklənməsi
  • Müştəri sorğularının qeydiyyatı, icrası və proseslərə nəzarət
  • Avadanlıqların inventarizasiyası və texniki sənədləşmənin aparılması
  • Sistemlərin təhlükəsizliyi və backup proseslərinin nəzarətdə saxlanılması

Apply at the source

This role was published by HMC Company and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗