Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis

AzəriMed MMC

Location
Baku
Employment
Full-time
Level
Junior specialist
Category
Other Tech
Posted

Description

  • İş qrafiki: Tam ştat
  • Yaş aralığı: 20–30 yaş
  • Əmək haqqı: 527 AZN (artandır)
  • İşin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu - Daxil olan sorğuların (zəng, e-poçt və daxili proqramlar vasitəsilə) vaxtında qəbul olunması və nəzərdən keçirilməsi;
  • Proqram təminatında baş verən texniki xətaların ilkin diaqnostikasının edilməsi və çətin məsələlərin müvafiq mütəxəssis qruplarına ötürülməsi;
  • İstifadəçilərə proqram təminatı ilə bağlı gündəlik texniki dəstəyin (həm uzaqdan, həm də yerində) təmin edilməsi;
  • Qarşılaşılan texniki problemlərin həlli yollarının sistemləşdirilməsi və təlimatların (FAQ, prosedurlar və digər köməkçi materiallar) hazırlanması;
  • Dəstək xidmətinin fəaliyyəti barədə dövri hesabatların və statistik təhlillərin hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Proqram təminatının stabil fəaliyyətinin monitorinqi, nasazlıqların erkən müəyyən edilməsi və zəruri ilkin müdaxilələrin həyata keçirilməsi. - İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya uyğun istiqamətlər üzrə ali təhsil;
  • SQL və MS Office proqramları sahəsində biliklər; ERP, CRM, sənəd dövriyyəsi və müxtəlif korporativ proqram təminatları ilə iş təcrübəsi arzuolunandır;
  • İngilis və ya rus dili biliyi (texniki sənədləşmələri oxumaq və anlamaq üçün);
  • TeamViewer, AnyDesk, Remote Desktop və oxşar məsafədən idarəetmə proqramları ilə sərbəst işləmək bacarığı;
  • Texniki dəstək sistemləri (helpdesk) vasitəsilə daxil olan müraciətlərin qeydə alınması və icrasının izlənilməsi sahəsində təcrübə;
  • İşə qarşı yüksək məsuliyyət, detallara qarşı həssaslıq və diqqətcillik;
  • Komanda daxilində effektiv əməkdaşlıq və eyni anda çoxsaylı sorğuları idarə etmə bacarığı;
  • İstifadəçi məmnuniyyətinə yönəlmiş iş tərzi və yüksək peşəkar xidmət mədəniyyəti.

Apply at the source

This role was published by AzəriMed MMC and listed via Holo.az. Applications are handled there, not on this site.

View & apply on holo.az ↗