Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis
- Location
- Remote
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.
İş şəraiti :
İş rejimi: Tam ştat
Yaş həddi: 20–30 yaş;
Əmək haqqı: 527 AZN-700 AZN (Artan əmək haqqıdır)
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Requirements
Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Apply at the source
This role was published by AzəriMed MMC and listed via Hrin Co. Applications are handled there, not on this site.
Original posting: https://hrin.az/vakansiya/proqram-layihesine-destek-uzre-mutexessis-42271