Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis
- Location
- Remote
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Namizədə tələblər:
Yaş həddi: 20–30 yaş;
Ali təhsili
(İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr
üzrə);
MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi,
CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
İngilis
və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
AnyDesk,
TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi
təcrübəsi;
Yüksək məsuliyyət, diqqət və detallara həssas
yanaşma;
Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə
etmək bacarığı;
İstifadəçi yönümlü yanaşma və yüksək xidmət
mədəniyyəti.
Vəzifə öhdəlikləri:
Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə
qəbul edilməsi və emalı;
Proqram təminatı ilə bağlı yaranmış
nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə
yönləndirilməsi;
İstifadəçilərə gündəlik proqram təminatından istifadə
zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ,
prosedurlar, kömək materialları);
Dəstək fəaliyyəti üzrə statistik
məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və
ilkin tədbirlərin görülməsi.
İş şəraiti:
İş rejimi: Tam ştat
Əmək haqqı: 527 AZN-700 AZN (Artan əmək haqqıdır)
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram
Layihəsinə Dəstək üzrə Mütəxəssis ” qeyd etməklə CV-ni Müraciət
et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş
olunur.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya
bilərsiniz.
Apply at the source
This role was published by AzəriMed MMC and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/proqram-layihesine-destek-uzre-mutexessis-mLIQ59