ERP üzrə mütəxəssis

PRODATA

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Komandamıza ERP üzrə mütəxəssis axtarırıq. ERP sistemləri və biznes prosesləri haqqında anlayışınız, analitik düşüncə və problem həll etmə bacarığınız varsa, mövcud proseslərin təkmilləşdirilməsi, yeni modul və funksionallıqların hazırlanması və test edilməsi prosesində komandamıza dəstək ola bilərsiniz.

Vəzifə öhdəlikləri

Mövcud proqram təminatında proses və metodologiyaları öyrənmək və anlamaq;

Proqram təminatında yaranan xəta və problemləri müəyyən etmək, ilkin analiz aparmaq və aidiyyəti üzrə yönləndirmək;

Proqram təminatı ilə bağlı istifadəçi sorğularını cavablandırmaq və dəstək göstərmək;

Yeni modul və funksionallıqların hazırlanması prosesində iştirak etmək;

Hazırlanmış modul və funksionallıqları test etmək;

Mövcud proseslərin təkmilləşdirilməsi və optimallaşdırılmasına dəstək göstərmək.

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:30

Təklif etdiklərimiz:

Təcrübəli mütəxəssislərin rəhbərliyi altında işləmək imkanı;

Biznes analitikası, ERP sistemlərinin inkişafı, layihələrin koordinasiyası və məhsul yönümlü rollar üzrə inkişaf imkanı;

Senior və Lead səviyyəli vəzifələrə doğru peşəkar inkişaf imkanı;

Təhlükəsiz və inklüziv iş mühitində rəqabətli əmək haqqı və əlavə üstünlüklər;

City Point-də yerləşən, ətrafında piyada məsafəsində restoran və kafelərin olduğu rahat ofis.

Requirements

İnformasiya texnologiyaları, iqtisadiyyat, maliyyə və ya uyğun sahə üzrə ali təhsil;

Muvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi;

ERP sistemləri və biznes prosesləri haqqında anlayış;

SQL üzrə biliklər olması;

Məlumatların analizi və problem həll etmə bacarığı;

İngilis dilini texniki səviyyədə bilmək;

Rus dili biliyi üstünlükdür.

Bacariqlar

Məsuliyyətlilik;

Analitik düşüncə;

Şəxsi inkişafa meyllilik;

Özünütəşkiletmə qabiliyyəti;

Nəticəyönümlülük;

Komandada işləmək bacarığı;

Etibarlılıq və dürüstlük.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun

Apply at the source

This role was published by PRODATA and listed via Hrin Co. Applications are handled there, not on this site.

View & apply on hrin.az ↗