ERP üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:30
Komandamıza ERP üzrə mütəxəssis axtarırıq. ERP sistemləri və biznes
prosesləri haqqında anlayışınız, analitik düşüncə və problem həll etmə bacarığınız varsa, mövcud proseslərin
təkmilləşdirilməsi, yeni modul və funksionallıqların hazırlanması və test edilməsi prosesində komandamıza dəstək ola
bilərsiniz.
Vəzifə öhdəlikləri
Mövcud proqram təminatında proses və metodologiyaları öyrənmək və
anlamaq;
Proqram təminatında yaranan xəta və problemləri müəyyən etmək,
ilkin analiz aparmaq və aidiyyəti üzrə yönləndirmək;
Proqram təminatı ilə
bağlı istifadəçi sorğularını cavablandırmaq və dəstək göstərmək;
Yeni
modul və funksionallıqların hazırlanması prosesində iştirak etmək;
Hazırlanmış modul və funksionallıqları test etmək;
Mövcud proseslərin təkmilləşdirilməsi və optimallaşdırılmasına dəstək
göstərmək.
Tələblər
İnformasiya texnologiyaları, iqtisadiyyat, maliyyə və ya uyğun sahə üzrə ali
təhsil;
Muvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi;
ERP sistemləri və biznes prosesləri haqqında anlayış;
SQL üzrə biliklər olması;
Məlumatların analizi və
problem həll etmə bacarığı;
İngilis dilini texniki səviyyədə
bilmək;
Rus dili biliyi üstünlükdür.
Bacariqlar
Məsuliyyətlilik;
Analitik
düşüncə;
Şəxsi inkişafa meyllilik;
Özünütəşkiletmə qabiliyyəti;
Nəticəyönümlülük;
Komandada işləmək
bacarığı;
Etibarlılıq və dürüstlük.
Təklif etdiklərimiz:
Təcrübəli mütəxəssislərin rəhbərliyi altında işləmək imkanı;
Biznes analitikası, ERP sistemlərinin inkişafı, layihələrin koordinasiyası və məhsul yönümlü
rollar üzrə inkişaf imkanı;
Senior və Lead səviyyəli vəzifələrə doğru
peşəkar inkişaf imkanı;
Təhlükəsiz və inklüziv iş mühitində rəqabətli
əmək haqqı və əlavə üstünlüklər;
City Point-də yerləşən, ətrafında piyada
məsafəsində restoran və kafelərin olduğu rahat ofis.
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində “ERP üzrə mütəxəssis” qeyd
etməklə Müraciət et düyməsində
qeyd olunan elektron poçt ünvanına göndərin.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Apply at the source
This role was published by PRODATA and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/erp-uzre-mutexessis-ypXlNr