Məlumatların idarə edilməsi (Data Governance) üzrə mütəxəssis

Rəqəmsal Maliyyə Mərkəzi

Location
Baku
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

  • Məlumatların idarə edilməsinə dair siyasət, standart, prosedur və metodoloji sənədlərin hazırlanmasında iştirak etmək; Data sahibi (Data Owner), Data Steward və digər Data Governance rolları üzrə vəzifə və öhdəliklərin müəyyənləşdirilməsinə dəstək göstərmək;
  • Data Governance üzrə komitə və işçi qruplarının fəaliyyətinin təşkilində iştirak etmək;
  • Məlumatların keyfiyyət meyarlarını və göstəricilərini müəyyənləşdirmək, ölçmək və nəticələrini monitorinq etmək;
  • Məlumatların keyfiyyətinə dair aşkar edilmiş çatışmazlıqların səbəblərini təhlil etmək və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
  • Biznes terminlərinin, məlumat təriflərinin və digər metaməlumatların Data kataloqunda sənədləşdirilməsini və aktual saxlanılmasını təmin etmək;
  • Data kataloqu və digər Data Governance alətlərinin tətbiqində və idarə edilməsində iştirak etmək;
  • Məlumatların təsnifatı, saxlanılması, paylaşılması, arxivləşdirilməsi və silinməsi üzrə qaydaların hazırlanmasına dəstək göstərmək;
  • Master Data Management təşəbbüslərində və əsas məlumatların vahid qaydada idarə edilməsində iştirak etmək;
  • Rəqəmsallaşma, informasiya sistemlərinin yaradılması və inteqrasiya layihələrində Data Governance tələblərinin nəzərə alınmasına ekspert dəstəyi göstərmək;
  • Məlumatlarla bağlı riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər təklif etmək;
  • Data Governance üzrə hesabatlar və təqdimatlar hazırlamaq;
  • Təşkilatın Data Governance üzrə mövcud vəziyyətinin və yetkinlik səviyyəsinin qiymətləndirilməsində iştirak etmək;
  • Əməkdaşların məlumatların düzgün idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə və təlimlər keçirmək;
  • Məlumatların idarə edilməsi üzrə yerli qanunvericiliyin, beynəlxalq standartların və qabaqcıl təcrübələrin tətbiqinə dəstək göstərmək.

Requirements

İnformasiya texnologiyaları, informatika, statistika, riyaziyyat, iqtisadiyyat və ya digər uyğun istiqamət üzrə ali təhsil;

Data Governance, Data Management, Data Quality, biznes analitika və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;

Məlumatların idarə edilməsi, məlumat keyfiyyəti, metaməlumatlar və məlumatların həyat dövrü üzrə praktiki biliklər;

DAMA-DMBOK və ya digər Data Management çərçivələri haqqında anlayış;

Data kataloqu, biznes lüğəti və məlumat keyfiyyəti alətləri ilə işləmək bacarığı;

Proseslərin təhlili, sənədləşdirilməsi və təkmilləşdirilməsi bacarığı;

Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;

Müxtəlif struktur bölmələr və maraqlı tərəflərlə effektiv əməkdaşlıq etmək bacarığı;

Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

İngilis dilində texniki və metodoloji sənədləri oxuyub anlama bacarığı.

Müraciət üçün (CV) : https://hr-rmm.mof.az/vacancies/164e505b-19ce-44ce-87f6-84b7d767b7de

Apply at the source

This role was published by Rəqəmsal Maliyyə Mərkəzi and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗