Data Analitik (Restoran Sektoru)

Mado Azərbaycan

Location
Not specified
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

İş şəraiti

İş yeri: Bakı

İş qrafiki: Tam iş günü

Əmək haqqı: 1500 AZN

Vəzifə haqqında

Restoran şəbəkəmizə məlumatların təhlili və biznes qərarlarının optimallaşdırılması istiqamətində çalışacaq Data Analitik axtarırıq.

Namizəd restoran əməliyyatlarının bütün əsas göstəricilərini izləyəcək, analitik hesabatlar hazırlayacaq, problemləri müəyyən edəcək və onların həlli üçün praktik təkliflər təqdim edəcək.

Əsas vəzifələr

Gündəlik, həftəlik və aylıq satış məlumatlarının təhlilini aparmaq;

Məhsul kateqoriyaları, filiallar və satış kanalları üzrə performans göstəricilərini qiymətləndirmək;

Ən çox və ən az satılan məhsulları müəyyən etmək, menyunun optimallaşdırılması üzrə təkliflər hazırlamaq;

Müştəri davranışını, sifariş vərdişlərini və alış tendensiyalarını təhlil etmək;

Gəlir, xərc, mənfəət və rentabellik üzrə analitik hesabatlar hazırlamaq;

Food Cost və digər maliyyə göstəricilərini izləmək və təhlil etmək;

Marketinq kampaniyalarının, endirim və loyallıq proqramlarının tərtibatı üçün analitik məlumatlarını təqdim etmək;

Satış proqnozları hazırlamaq və mövsümi tendensiyaları analiz etmək;

Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq analitik hesabatlar təqdim etmək;

Müxtəlif şöbələrlə əməkdaşlıq edərək məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.

Namizədə tələblər

Data Analitikası, Statistika, Riyaziyyat, İqtisadiyyat, Maliyyə və ya İnformasiya Texnologiyaları üzrə ali təhsil;

Data analitikası və ya biznes analitikası sahəsində minimum 3 il iş təcrübəsi;

Restoran, HoReCa və ya pərakəndə satış sektorunda təcrübə üstünlük hesab olunur;

Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb düsturlar və məlumat analizi);

SQL vasitəsilə məlumat bazalarından məlumat çıxarma və emal etmə bacarığı;

Statistika və biznes analitikası üzrə əsas biliklər;

Analitik düşüncə, detallara diqqət, problem həll etmə və təqdimat bacarıqları;

Böyük həcmli məlumatlarla işləmək bacarığı.

Müraciət etmək üçün CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzuda "Data analitik" sözünü qeyd etməklə göndərməyiniz xahiş olunur.

Apply at the source

This role was published by Mado Azərbaycan and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗