İT xidmətləri üzrə mütəxəssis

PASHA Technology

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya

“PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan

bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə

edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” MMC “ İT xidmətləri üzrə

mütəxəssis ” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

İnsidentlərin idarə edilməsi üçün 1-ci səviyyəli yardımın göstərilməsi və

son-istifadəçi avadanlıqları, periferiya qurğuları, proqram təminatı və tətbiqlərlə bağlı son istifadəçi və

müştərilərin sorğularının həyata keçirilməsi;

Müvafiq bilet sistemində

qeydə alınmış İT Dəstək Xidməti problemləri ilə bağlı daxil olan sorğulara nəzarət etmək və operativ cavab

vermək;

Təsdiq edilmiş proqram buraxılışlarına uyğun olaraq

təkmilləşdirmələr və konfiqurasiya da daxil olmaqla, müştəri hesablama resursları saxlamaq;

Təsdiq edilmiş proqram təminatı siyahısına, xüsusi təşkilati ehtiyaclara və biznes

proseslərinə uyğun olaraq müştərilərin təşkilatlarına yeni istifadəçilərin daxil olmasına köməklik

etmək;

Aktivləri İdarəetmə sistemlərində bütün avadanlıqların, proqram

təminatının, lisenziyaların və abunəliklərin davamlı olaraq yenilənməsi və ən son inventarının

saxlanılması;

Təlimatlara uyğun olaraq təsirin azaldılması və bərpa

fəaliyyətlərinə köməklik göstərmək;

NOC tərəfindən bağlanan əsas işlər

üzrə İnsident Sonrası Təhlildə iştirak etmək;

Ümumi şəbəkə problemlərini

ayırmaq və diaqnostika etmək üçün şəbəkə problemlərini aşkar etmək;

İdarə

olunan xidmətlərlə bağlı texniki yardım üçün telefon və digər elektron vasitələrlə daxil olan sorğulara cavab

vermək;

İnsident idarəetməsi ilə bağlı sorğulara vaxtında

(sənədləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilələr çərçivəsində) cavab vermək və onların yerinə yetirilməsini

tələb etmək;

Məlumatların daxili şəkildə və müştərilərə effektiv şəkildə

ötürülməsi üçün fəaliyyətləri “PAŞA Technology ticket system”-ində müvafiq sorğuları

sənədləşdirmək;

Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və

ya bulud resurslarına çıxışı ilə bağlı ehtiyac və suallarına cavab vermək;

Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik praktikalarına əməl

etmək;

Problemləri müstəqil həll etmək və eskalasiya prosedurlarını başa

düşmək;

Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin

edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), problemlərin idarə olunması, texniki dəstək

xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə

edilməsi;

Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə

etmək üçün tərəfdaşlarla müntəzəm rəsmi görüşlərdə iştirak etmək;

Təkrarlanan insidentlərin, problemlərin və çatdırılmayan layihə mərhələlərinin xidmət

şöbəsinin rəhbərinə/İnfrastruktur rəhbərinə məruzə edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

Texniki sahədə ali təhsil.

Mühəndislik və

ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.

Təcrübə və bacarıqlar

Texniki Dəstək və ya bənzər vəzifədə minimum 2 il təcrübə.

İnsanlarla ünsiyyət qurmağa meylli, ünsiyyətcil.

Baza şəbəkə diaqnostikası bacarıqları.

Baza Linux

CLI bacarıqları.

Baza Windows Əməliyyat Sistemi

bacarıqları.

Məşğul komandada yaxşı işləmək, tez öyrənmək və bir çox

məsələlərin öhdəsindən gəlmək bacarığı.

Güclü analitik bacarıqlar və

müxtəlif mənbələrdən məlumat toplama və şərh etmə bacarığı.

Qüsurları

qiymətləndirmək, prioritetləşdirmək, müvafiq olaraq cavab vermək və ya eskalasiya etmək

bacarığı.

Biliyini artırmaq və

özünü inkişaf etdirmək təşəbbüsü.

Gündəlik əməliyyatlarda dürüst

olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq.

Əməliyyat

keyfiyyətini dəstəkləmək.

Təşkilat daxilində həmkarlar və

təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini

dəstəkləmək.

Kompüter Bilikləri

Microsoft Windows OS, MAC OS, Linux (üstünlük kimi) əməliyyat sistemlərində işləmə

bacarığı.

MS Office proqramları and Microsoft Bulud məhsulları və

abunəlikləri illə işləmə bacarığı.

Data Mərkəz mühitində və Tier

standartları barədə biliklər üstünlükdür.

Bulud modelləri və Bulud

məlumat təhlükəsizliyi barədə biliklər üstünlükdür.

Dil bilikləri:

Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd

etməklə CV-ni Müraciət

et düyməsində qeyd olunan elektron

poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə

cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Apply at the source

This role was published by PASHA Technology and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗