Bulud həlləri üzrə arxitektor
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.
"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.
Hal-hazırda “PAŞA Technology” MMC “ Bulud həlləri üzrə arxitektor” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
99,99% və daha yüksək əlçatanlıq SLA göstəricilərinin təmin edilməsi məqsədilə miqyaslana bilən, yüksək etibarlılığa malik multi-tenant IaaS və PaaS arxitekturalarının layihələndirilməsi, qurulması və optimallaşdırılması.
Özəl, ictimai və hibrid bulud inteqrasiya modellərinin, multi-region tenant arxitekturasının və müxtəlif bulud mühitləri arasında iş yüklərinin (workload) daşınması mexanizmlərinin layihələndirilməsi.
VMware Cloud Director və Aria Automation vasitəsilə tenant-ların izolyasiyası, resurs istifadəsinin ölçülməsi və xərclərin bölüşdürülməsi (metering/chargeback), kvotaların idarə edilməsi və self-service kataloqları üzrə standartların müəyyən edilməsi və aktual saxlanılması.
Cloud-native tətbiqlər, strukturlaşdırılmamış məlumatlar və dəyişdirilməz (immutable) backup repozitoriyaları üçün yüksək performanslı S3-compatible Object Storage səviyyələrinin arxitekturasının hazırlanması.
High-Level Design (HLD), Low-Level Design (LLD), Bill of Materials (BoM) və tenant onboarding çərçivələri daxil olmaqla əhatəli arxitektura sənədlərinin hazırlanması və aktual saxlanılması.
Red Hat OpenShift Container Platform (OCP) və korporativ Kubernetes (Tanzu / OKD) əsasında dayanıqlı və geniş miqyaslı konteyner orkestrasiya platformalarının layihələndirilməsi.
Cloud-native storage qatlarının (OpenShift Data Foundation – ODF, CSI driver-lər, vSAN/SAN backend-lər), eləcə də qabaqcıl şəbəkə həllərinin (OVN-Kubernetes, CNI plugin-lər, Service Mesh / Istio) inteqrasiya edilməsi.
DevOps komandaları ilə əməkdaşlıq çərçivəsində CI/CD deployment pipeline-larının (GitOps, ArgoCD, Jenkins) və konteyner image-lərinin idarə olunması mexanizmlərinin (Red Hat Quay, Harbor) layihələndirilməsi.
Terraform, Ansible və Python/Bash skriptlərindən istifadə etməklə cloud tenant-ların yaradılması, şəbəkə topologiyalarının və Day-2 əməliyyatlarının avtomatlaşdırılması üçün Infrastructure as Code (IaC) və konfiqurasiya idarəetmə yanaşmalarının tətbiq edilməsi və inkişaf etdirilməsi.
Avtomatlaşdırılmış cloud monitoring, telemetry və observability həllərinin (VMware Aria Operations, Prometheus, Grafana, ELK/OpenSearch) tətbiq edilməsi.
Virtual, fiziki və konteynerləşdirilmiş iş yükləri üçün korporativ Backup-as-a-Service (BaaS) və Disaster Recovery-as-a-Service (DRaaS) çərçivələrinin layihələndirilməsi.
Veeam Backup & Replication / Veeam Cloud Connect, S3 Object Lock və tape/secondary SAN səviyyələrindən istifadə etməklə dəyişdirilməz (immutable) və ransomware hücumlarına qarşı dayanıqlı backup arxitekturalarının tətbiq edilməsi.
Zerto, VMware SRM və data mərkəzləri arasında SDN stretch topologiyalarından istifadə etməklə avtomatlaşdırılmış site failover/failback proseslərini təmin edən zero-RPO / near-zero-RTO Disaster Recovery arxitekturalarının layihələndirilməsi.
Sıfır Etimad (Zero Trust) təhlükəsizlik prinsiplərinin bulud infrastrukturu arxitekturasına inteqrasiya edilməsi, o cümlədən mikroseqmentasiya (VMware NSX-T), paylanmış şəbəkə ekranı (Distributed Firewall), müasir yük balanslaşdırılması (Load Balancing) və TLS/mTLS həllərinin tətbiq edilməsi.
İnfrastrukturun yerli tənzimləyici tələblərə, maliyyə sektorunun informasiya təhlükəsizliyi çərçivələrinə və beynəlxalq bulud standartlarına (ISO 27001, PCI-DSS) uyğunluğunun təmin edilməsi.
Tier-3/4 səviyyəli mürəkkəb texniki məsələlər üzrə arxitektura eskalasiyalarına dəstəyin göstərilməsi, Bulud əməliyyatları, Sistem Mühəndisliyi və Texniki Dəstək komandalarına mentorluğun təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
Təcrübə və bacarıqlar
Korporativ İT infrastrukturu və virtuallaşdırma sahəsində minimum 8 il praktiki iş təcrübəsi, o cümlədən Solutions Architect, Cloud Architect və ya Principal Systems Engineer rolunda minimum 3 il iş təcrübəsinin olması. Platforma xidmətləri və bulud infrastrukturu (hesablama, yaddaş, şəbəkə, müşahidə olunma) üzrə sübut edilmiş təcrübə.
Cloud Service Provider (CSP), Managed Service Provider (MSP), Tier-1 telekommunikasiya şirkəti və ya iri korporativ/bank mühitində müvafiq iş təcrübəsinin olması.
Mürəkkəb multi-site infrastrukturun modernləşdirilməsi, cloud migration və tam həll (turnkey) tenant deployment layihələrinin həyata keçirilməsi üzrə praktiki təcrübənin olması. Sistem performansı, miqyaslana bilmə, keşləmə və dayanıqlılıq nümunələri üzrə güclü biliklər;
Bulud Platformaları və Virtuallaşdırma: VMware SDDC arxitekturası – vSphere/vCenter 8.x, VMware Cloud Director (vCloud Director), vSAN və Aria Suite (Automation / Operations) üzrə dərin ekspert biliklərinin olması.
Konteyner Ekosistemi: Red Hat OpenShift (OCP), Kubernetes, Container Storage Interface (CSI), Helm və ODF/Ceph üzrə güclü arxitektura və əməliyyat təcrübəsinin olması.
Avtomatlaşdırma və Bulud Texnologiyaları: Terraform (VMware/vCD provider-ləri), Ansible, REST API-lər və multi-tenant mühitlərin avtomatlaşdırılması üzrə praktiki bilik və təcrübənin olması.
Storage & Object Storage: SAN/NAS storage sistemləri (HPE 3PAR/Primera/Alletra, Pure Storage, Brocade/Cisco FC) və S3-compatible Object Storage üzrə geniş bilik və təcrübənin olması.
Software-Defined Networking: VMware NSX / NSX-T, Edge Gateway routing (BGP, OSPF), micro-segmentation və qabaqcıl load balancing texnologiyaları üzrə güclü ekspertizanın olması.
Backup & DR: Korporativ BaaS/DRaaS platformaları – Veeam (B&R, Cloud Connect, Kasten K10) və Zerto vasitəsilə Continuous Data Protection üzrə dərin biliklərin olması.
Public & Hybrid Cloud – üstünlükdür: AWS/Azure Hybrid Cloud connectivity arxitekturaları və Cloud Landing Zone yanaşmaları üzrə bilik və təcrübənin olması.
Aşağıdakı sertifikatların olması üstünlük hesab edilir:
Red Hat: Red Hat Certified Specialist in OpenShift Administration və ya RHCSA/RHCE.
VMware: VCP / VCAP – Cloud Management & Automation, Data Center Virtualization və ya Network Virtualization.
Cloud / Automation / DR: HashiCorp Certified: Terraform Associate, Veeam Certified Engineer (VMCE) / Architect (VMCA) və ya Certified Kubernetes Administrator (CKA).
Dil bilikləri:
Azərbaycan dili - Ana dili
İngilis dili - Yaxşı
Rus dili – Yaxşı
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.
Apply at the source
This role was published by PASHA Technology and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/pasha-technology-bulud-helleri-uzre-arxitektor-149259