Data mühəndisi
- Location
- Baku
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
Vəzifənin məqsədi
AS Group-un ERP sistemi və korporativ ekosistemində məlumatların vahid, etibarlı və analitik istifadə üçün yararlı şəkildə formalaşdırılmasını təmin etmək. Data Engineer məlumat anbarının (DWH) qurulması və inkişafı, ETL/ELT proseslərinin yaradılması, müxtəlif sistemlər arasında inteqrasiyaların təmin edilməsi, məlumatların keyfiyyətinin və sənədləşdirilməsinin təşkilinə cavabdeh olacaq.
İşin təsviri:
ERP modulları və digər mənbələr əsasında məlumat anbarının (DWH) layihələndirilməsi və inkişaf etdirilməsi;
ETL/ELT məlumat axınlarının qurulması və müşayiət edilməsi, məlumatların müntəzəm və dayanıqlı yüklənməsinin təmin edilməsi;
ERP, korporativ portalı və xarici məlumat mənbələri arasında inteqrasiyaların qurulması;
Raw, staging və data marts səviyyələrindən ibarət məlumat modellərinin hazırlanması;
BI və idarəetmə hesabatları üçün məlumat vitrinlərinin (data marts) hazırlanması və hesabatların avtomatlaşdırılması;
Məlumatların keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi — tamlıq, dublikatlar və məlumatların konsistentliyinin yoxlanılması;
Vahid məlumat kataloqlarının və məlumat modellərinin formalaşdırılması, məlumat axınlarının və mənbələrin sənədləşdirilməsi;
Proqnozlaşdırma və analitika üçün məlumat dəstlərinin hazırlanması;
Məlumat yükləmələrinin monitorinqi, problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
Biznes tələblərinin məlumat modellərinə və analitik həllərə çevrilməsində biznes və analitika komandaları ilə əməkdaşlıq.
Tələb olunanlar:
Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Məlumatların emalı və pipeline-ların hazırlanması üçün Python bilikləri;
API və JSON/CSV/XML kimi məlumat formatları ilə işləmə bacarığı;
Rus dilində sərbəst ünsiyyət və yazılı nitq; İngilis dili — texniki sənədləri oxuma səviyyəsində.
Şəxsi keyfiyyətlər:
Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı;
Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı;
Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət;
Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi;
Komanda ilə effektiv əməkdaşlıq.
İş şərtləri:
İş qrafiki: 09:00–18:00
Məşğulluq növü: tam ştat / 5 iş günü
İş yeri: Zahid Xəlilov küç.576
Biz təklif edirik:
Rəqabətli əmək haqqı;
Stabil və peşəkar iş mühiti;
AS Group-un rəqəmsallaşma komandasında çalışma imkanı;
Data istiqamətinin sıfırdan qurulmasında iştirak və arxitekturaya təsir etmək imkanı;
Güclü development komandası;
Karyera və peşəkar inkişaf imkanları.
İş şərtləri
İş qrafiki: 09:00–18:00
Məşğulluq növü: tam ştat / 5 iş günü
Biz təklif edirik:
Rəqabətli əmək haqqı
Stabil və peşəkar iş mühiti
Karyera və peşəkar inkişaf imkanları
Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Apply at the source
This role was published by AS Group and listed via Jooble. Applications are handled there, not on this site.
Original posting: https://jooble.az/vacancies/aciq-vakansiya-as-group-data-muhendisi-3167802