Find your next opportunity

Newest first

Biznes analitika üzrə menecer

Abşeron Logistika Mərkəzi

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted
Deadline

Description

“Abşeron Logistika” MMC “Biznes analitika üzrə menecer” vəzifəsi üzrə

vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq

standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi

terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.

Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək

xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız

mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət

edirik.

Ümumi vəzifə öhdəlikləri:

Makroiqtisadi göstəricilərin, bazar tendensiyalarının və hədəf regionların biznes

mühitinin təhlili;

Hədəf biznes sahəsi üzrə inkişaf perspektivlərinin,

rəqabət mühitinin və biznes imkanlarının qiymətləndirilməsi;

Hədəf biznes

sahənin texniki göstəricilərinin, funksionallığının, əməliyyat axışlarının təhlili;

Biznes planların, inkişaf strategiyalarının və əsas fəaliyyət göstəricilərinin

hazırlanması;

Müştəri tələblərinin təhlili və müvafiq sənədlər paketinin,

kommersiya təkliflərinin hazırlanması;

Müştərilərlə işgüzar

kommunikasiyanın aparılması, təkliflərin təqdim edilməsi və müqavilə şərtlərinin razılaşdırılması.

Namizədə qarşı tələblər:

İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali

təhsil;

Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;

Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə

bilmək;

MS Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə

işləmək bacarığı;

Biznes proseslərinin modelləşdirilməsi üzrə

təcrübə.

Peşəkar tələblər:

Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;

Problem həlletmə və praktik qərarvermə bacarığı;

Dəqiqlik və məsuliyyətlilik;

Prosesləri izləmə və

nəticəyə nəzarət etmə bacarığı;

Müştərilərlə işgüzar danışıqların

aparılması və kommunikasiya bacarıqlar.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ k aryera portalı üzərindən və ya CV

formalarını Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə

bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “ Biznes analitika

üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə

baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş

namizədlərlə əlaqə saxlanılacaqdır.

Apply at the source

This role was published by Abşeron Logistika Mərkəzi and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗