Find your next opportunity

Newest first

İT Biznes Analitik (Rəqəmsal məhsulların idarəedilməsi)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted
Deadline

Description

İT layihələrində maraqlı tərəflərlə (stakeholder) görüşlər keçirmək və "DoR" (başlanğıc üçün tələblər) müəyyənləşdirmək;

İT layihələrinin tələblərini toplamaq, texniki tapşırıqlar hazırlamaq və texniki komandaya ötürmək;

Mövcud biznes proseslərini və rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək;

Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;

Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərdə məlumatların düzgün əks etdirilməsi və proseslərin mapping-ı (flow chart-ların hazırlanması);

Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;

Sistem dizaynı tələblərini müəyyənləşdirmək və dizayn proseslərində iştirak etmək.

Sahə üzrə minimum 1 il təcrübəsi;

Minimum "Intermediate" səviyyəsində İngilis dili;

Figma, Jira, Confluence kimi alətlərlə təcrübə;

Sistem dizaynı biliklərinin olması vacibdir;

BPMN, UML kimi modelləşdirmə dilləri üzrə yüksək səviyyədə bilik;

Postman və/və ya Swagger kimi alətlərlə işləmə bacarığı;

BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarığı;

AI və Generative AI alətlərindən istifadə edərək analiz fəaliyyətlərinin dəstəklənməsi, AI əsaslı funksionallıqlar üzrə ilkin tələblərin formalaşdırılması və AI həllərinin biznes proseslərinə tətbiq imkanlarının müəyyən edilməsi bacarığı üstünlükdür;

Sistem və tətbiq loglarını oxumaq, əsas hadisələri və xətaları müəyyən etmək, problemlərin ilkin təhlilini apararaq texniki komandaya düzgün şəkildə eskalasiya etmək bacarığı üstünlükdür;

Agile/Scrum və ya Waterfall metodologiyalarına dair biliklər üstünlükdür;

İxtisas üzrə beynəlxalq sertifikatlar üstünlük təşkil edir.

Apply at the source

This role was published by İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi and listed via JobSite.az. Applications are handled there, not on this site.

View & apply on jobsite.az ↗