Biznes analitik

Rabitə Bank

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
First seen

Description

Korporativ müştərilər üçün internet-bankinq və mobil bank tətbiqlərinin inkişafı, yeni funksionallıqların hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi üzrə biznes və sistem analizinin aparılması.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;

Biznes proseslərinin araşdırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;

Frontend və backend komandaları üçün texniki tapşırıqların hazırlanması;

Funksional və qeyri-funksional tələblərin formalaşdırılması;

İnteqrasiya tələblərinin müəyyənləşdirilməsi və təsviri (API, xarici sistemlər və bankın daxili servisələri);

Biznes nümayəndələri, məhsul sahibləri, dizaynerlər, proqramçılar və testçilərlə sıx əməkdaşlıq;

Yeni funksionallıqların test edilməsi və qəbul prosesində iştirak;

Layihə üzrə sənədlərin hazırlanması və aktual saxlanılması.

Requirements

Tələblər

Biznes və ya sistem analitiki kimi minimum 3 il iş təcrübəsi;

Agile metodologiyası üzrə biliklər;

REST API, Swagger və Postman ilə işləmə təcrübəsi;

Biznes proseslərinin modelləşdirilməsi üzrə təcrübə (BPMN);

Texniki sənədlərin və istifadəçi hekayələrinin hazırlanması bacarığı;

SQL üzrə baza bilikləri;

Bankçılıq sahəsində təcrübə üstünlükdür;

Korporativ bankçılıq məhsulları və rəqəmsal kanallar üzrə biliklər üstünlükdür.

Üstünlüklər:

Internet banking və mobile banking layihələrində iştirak təcrübəsi;

İnteqrasiya layihələrində iştirak;

Mikroservis barədə anlayış.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by Rabitə Bank and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗