Find your next opportunity

Newest first

Scrum Master üzrə Təcrübə Proqramı

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Scrum Master istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür!

Təcrübə nələri əhatə edir:

Peşəkar təlimlər (nəzəri və praktiki)

Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma

Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq

Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti

Scrum tədbirlərinin (Daily Scrum, Sprint Planning, Sprint Review, Retrospective) təşkilində iştirak etmək.

Sprint çərçivəsində görülən işlərin statusunun izlənilməsinə dəstək vermək.

Komanda daxilində yaranan maneələrin müəyyən edilməsində və aidiyyəti şəxslərə çatdırılmasında iştirak etmək.

Scrum qaydalarının komanda tərəfindən düzgün tətbiq edilməsinə kömək etmək.

Komanda daxilində şəffaf kommunikasiyanın və davamlı təkmilləşdirmə yanaşmasının təşviqində iştirak etmək.

Requirements

Tapşırıqların sprintə götürülməyə hazır olduğunu təyin edən Definition of Ready (DoR) meyarlarını anlamaq.

Tapşırığın tam başa çatdığını təsdiqləyən Definition of Done (DoD) standartlarını bilmək.

Agile/Scrum çərçivəsində tələblərin komanda üçün şəffaf, aydın və ziddiyyətsiz yazılmasını təmin etmək bacarığı.

Tapşırıqların sprint çərçivəsində kiçik hissələrə bölünməsini ( dekompozisiya ) və qiymətləndirilməsini izləmək bacarığı.

Proqram iştirakçılarına nə təklif olunur:

Təyin olunmuş aylıq ödəniş

Fərdi inkişaf və təcrübə qazandıracaq mühit

Gələcək iş imkanları üçün real zəmin

Kimlər müraciət edə bilər:

Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır

Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər

Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar

Gələcəyini Rabitəbank ilə qur – indi başla!

Apply at the source

This role was published by "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗