Find your next opportunity

Newest first

Proseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamenti(Məhsul Sahibi Payment&Transfer)

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Product & Project Management
Posted

Description

Mobil Bankçılıq tətbiqində Common Payments və Transfers istiqamətləri üzrə məhsulların inkişafı, təkmilləşdirilməsi və idarə edilməsini təmin etmək.

Ödəniş və köçürmə xidmətləri üzrə biznes tələblərini formalaşdırmaq, yeni funksionallıqların hazırlanmasını və tətbiqini koordinasiya etmək.

Ödəniş və köçürmə sistemləri ilə bağlı yeni layihələrin, inteqrasiyaların və mövcud həllərin təkmilləşdirilməsi üzrə təşəbbüsləri idarə etmək.

Daxili və xarici sistemlərlə, prosessinq mərkəzləri, ödəniş provayderləri və digər tərəfdaşlarla inteqrasiya proseslərini koordinasiya etmək.

Biznes, İT, əməliyyat, risk, informasiya təhlükəsizliyi və digər aidiyyəti komandalarla əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.

Ödəniş və köçürmə ssenariləri üzrə biznes proseslərini, istifadəçi səyahətini (Customer Journey) və müştəri təcrübəsini təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək.

Yeni xidmətlər və funksionallıqlar üzrə biznes tələblərini, texniki tapşırıqları və istifadəçi hekayələrini (User Stories) hazırlamaq.

İnkişaf etdirilən funksionallıqların test edilməsini, UAT prosesini və məhsulların istehsalat mühitinə (Production) çıxarılmasını koordinasiya etmək.

Ödəniş və köçürmə əməliyyatları üzrə uğurluluq göstəricilərini, imtina səbəblərini, xətaları və müştəri müraciətlərini təhlil etmək, müvafiq həllərin hazırlanmasını təmin etmək.

Məhsullar üzrə KPI-ları müəyyənləşdirmək, performans göstəricilərini izləmək və mütəmadi hesabatlar hazırlamaq.

Bazar tendensiyalarını, rəqib bankların təkliflərini və ödəniş sahəsindəki yeni texnoloji həlləri araşdırmaq, məhsulun inkişafı üçün təkliflər vermək.

Ödəniş və köçürmə xidmətləri üzrə daxili prosedurlara, tənzimləyici tələblərə, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi prinsiplərinə riayət olunmasını aidiyyəti komandalarla koordinasiya etmək.

Requirements

Bank, fintech və ya ödəniş xidmətləri sahəsində minimum 2–3 il iş təcrübəsi.

Mobil bankçılıq, rəqəmsal ödənişlər və pul köçürmələri sahəsində bilik və təcrübə.

Məhsul idarəetməsi, biznes analitikası və ya İT layihələrinin idarə edilməsi üzrə təcrübə.

Ödəniş sistemləri, bank sistemləri və xarici platformalarla inteqrasiya prinsipləri barədə anlayış.

API inteqrasiyaları, REST API, JSON və sistemlərarası məlumat mübadiləsi prinsipləri barədə baza bilikləri.

Biznes tələblərinin, texniki tapşırıqların və User Stories sənədlərinin hazırlanması bacarığı.

Test ssenarilərinin hazırlanması, UAT və yeni funksionallıqların tətbiqi prosesləri üzrə anlayış.

Apply at the source

This role was published by "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗