Find your next opportunity

Newest first

Biznes Analitik (Business Analyst) üzrə Təcrübə Proqramı

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted

Description

“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Biznes Analitik (Business Analyst) istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür!

Biznes tələblərinin toplanması, təhlili və sistem tələblərinə çevrilməsi.

Tələblərin dəqiqləşdirilməsi, biznes qaydalarının və sistem məntiqinin müəyyən edilməsi.

Funksional tələblərin, User Story-lərin, Use Case-lərin və qəbul meyarlarının (Acceptance Criteria) hazırlanması.

Tələblərin alternativ ssenarilər, istisna hallar və mümkün xətalar nəzərə alınmaqla detallı şəkildə işlənməsi.

Sistemlərarası inteqrasiyaların təhlili, API-lərin iş prinsiplərinin və sistemlər arasında məlumat mübadiləsinin təsviri.

BPMN və UML diaqramlarından istifadə etməklə biznes proseslərinin və sistem davranışının modelləşdirilməsi.

Tələblərin proqram təminatının hazırlanması komandası ilə müzakirəsi, dəqiqləşdirilməsi və razılaşdırılması.

ələblərin həyata keçirilməsi prosesində yaranan sualların cavablandırılması və zəruri dəyişikliklərin idarə edilməsi.

QA komandası ilə əməkdaşlıq edərək tələblərin test ssenarilərinə çevrilməsinə və funksionallığın tələblərə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi.

Tələblərin dəyişikliklərinin izlənilməsi və onların sistemin digər komponentlərinə mümkün təsirlərinin təhlili.

Biznes, IT və digər aidiyyəti komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi.

Requirements

Tələblərin təfərrüatlı qəbul meyarları ( Acceptance Criteria ) və Given-When-Then (BDD) formatında yazılması bacarığı.

İstifadə ssenarilərinin ( Use Case ) və biznes məntiqinin detallaşdırılması təcrübəsi.

SQL üzrə bazilik biliklər: Məlumat bazalarından sorğuların çıxarılması ( SELECT , JOIN , WHERE , GROUP BY ), məlumat strukturlarının analizi və məntiqin yoxlanılması bacarığı.

Biznes proseslərinin vizuallaşdırılması və diaqramların tərtibi haqqında anlayış ( BPMN , UML ).

Qeyri-funksional tələblərin (təhlükəsizlik, məhsuldarlıq, UX/UI qaydaları) və xüsusi halların ( Edge Cases ) müəyyən edilməsi bacarığı.

Proqram iştirakçılarına nə təklif olunur:

Təyin olunmuş aylıq ödəniş

Fərdi inkişaf və təcrübə qazandıracaq mühit

Gələcək iş imkanları üçün real zəmin

Kimlər müraciət edə bilər:

Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır

Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər

Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar

Gələcəyini Rabitəbank ilə qur – indi başla!

Apply at the source

This role was published by "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗