“Rabitəbank” ASC Bank proqramları departamenti, Bank proqramlarının inkişafı şöbəsinin Proqramçısı ( backend)

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Location
Baku
Employment
Full-time
Category
Backend
Posted

Description

“Rabitəbank” ASC Bank proqramları departamenti, Bank proqramlarının inkişafı şöbəsinin Proqramçısı vəzifəsi üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır

Vəzifə öhdəlikləri:

Delphi və C++ Builder ilə yazılmış köhnə sistemlərin təhlili və mövcud funksionallıqların öyrənilməsi

Legacy kod bazasında zəruri dəyişikliklərin aparılması və texniki dəstəyin göstərilməsi

Sistemin C# dilində WinForms texnologiyası ilə müasir platformaya keçirilməsi

Migrasiya prosesində istifadəçi interfeyslərinin və funksionallığın uyğunluğunun təmin edilməsi

Kodların test olunması, səhvlərin aradan qaldırılması və sənədləşdirilməsi

Oracle verilənlər bazası və PL/SQL prosedurları ilə işləmə

Requirements

Tələblər:

Delphi və C++ Builder ilə işləmə təcrübəsi və mövcud kodlarda dəyişiklik edə bilmək bacarığı

C# proqramlaşdırma dili və WinForms ilə real layihə təcrübəsi

Oracle verilənlər bazası ilə işləmə təcrübəsi və PL/SQL bilikləri

Legacy sistemlərin migrasiyası sahəsində anlayış və təcrübə

Analitik düşüncə və sənədlərlə işləmə bacarığı

Komanda daxilində əməkdaşlıq və məsuliyyətli yanaşma

Üstünlük sayılacaq:

Mövcud sistemlərdə debugging və performans optimizasiyası təcrübəsi

Versiya nəzarət sistemləri ilə (məs. Git) tanışlıq

Müstəqil işləmək və təşəbbüskar olmaq bacarığı

Təklif olunur:

Maraqlı və mühüm layihələr üzərində işləmək imkanı

Stabil və uzunmüddətli əməkdaşlıq

Peşəkar inkişaf və dəstəkləyici komanda mühiti

Apply at the source

This role was published by "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗