Find your next opportunity

Newest first

Proqramlaşdırmanın təhlükəsizliyi üzrə aparıcı/baş mütəxəssis

ABB

Location
Not specified
Employment
Full-time
Level
Specialist
Category
Security
Posted
Deadline

Description

Görəcəyiniz işlər:

CI/CD pipeline-larında DevSecOps praktikalarının qurulması, idarə edilməsi və davamlı təkmilləşdirilməsi; SAST, SCA, DAST, secrets scanning, Container və IaC Security yoxlamalarının inteqrasiyası, security gate və policy-lərin müəyyən edilməsi;

Container və Kubernetes mühitlərinin təhlükəsizliyinin təmin edilməsi: image təhlükəsizliyinin yoxlanılması və cluster hardening tədbirlərinin həyata keçirilməsi;

Veb, mobil, API və mikroservis həlləri üzrə təhlükəsizlik tələblərinin müəyyən edilməsi;

Aşkar edilmiş zəifliklərin risk səviyyəsinə görə qiymətləndirilməsi və prioritetləşdirilməsi, onların aradan qaldırılması prosesinə nəzarət edilməsi; false positive nəticələrinin təhlili və skan qaydalarının tənzimlənməsi;

Secure coding standartlarının və AppSec tələblərinin hazırlanması.

Bizim üçün uyğun namizəd:

Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsilə;

OSWE, CSSLP, CKS, CDP, CDE və ya oxşar sertifikatlar olması üstünlükdür;

DevSecOps və ya Application Security sahəsində ən azı 5 il iş təcrübəsinə;

CI/CD platformalarında təhlükəsizlik yoxlamalarının, security gate və policy-lərin qurulması üzrə praktiki təcrübəyə;

SAST, SCA, DAST, Container və IaC Security alətləri ilə işləmək, nəticələri təhlil etmək və skan qaydalarını tənzimləmək üzrə praktiki təcrübəyə;

Secure SDLC, OWASP Top 10, OWASP API Security Top 10 və OWASP ASVS üzrə dərin biliklərə, veb, API və mikroservis arxitekturalarının təhlükəsizliyi üzrə biliklərə;

Docker, Kubernetes və container security üzrə praktiki biliklərə, cloud security prinsipləri üzrə anlayışa;

Java, C#, Python, JavaScript/TypeScript, Kotlin və ya Swift proqramlaşdırma dillərindən ən azı birində yazılmış kodu oxumaq və təhlükəsizlik baxımından təhlil etmək bacarığına;

Python və ya Bash vasitəsilə avtomatlaşdırma işlərini həyata keçirmək bacarığına;

Azərbaycan və ingilis dillərini texniki səviyyədə bilən şəxsdir.

Apply at the source

This role was published by ABB and listed via ABB. Applications are handled there, not on this site.

View & apply on careers.abb-bank.az ↗