Şəbəkə əməliyyatları şöbəsinin tətbiq performansının monitorinqi üzrə baş mühəndisi
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- DevOps & SRE
- Posted
- Deadline
Description
Vəzifə öhdəlikləri:
Production-da olan müxtəlif servislərin 24/7 rejimində davamlı monitorinqi və idarə olunması;
Front-End və Back-End code səviyyəsində analiz;
Production mühitində baş verən problemlərin monitorinqi və müəyyən olunması, eyni zamanda 1-ci və 2-ci səviyyə infrastruktur və applikasiya problemlərin müəyyən olunması;
Problemin səbəbinin dərin analizi və cloud/infrastruktur problemlərinin həlli üçün təkliflərin verilməsi;
Product, R&D və Support komandaları ilə birlikdə işləyərək problemlərin üzə çıxarılması və həlli;
Applikasiya və infrastruktur haqqında vacib məlumatları özündə saxlayan dashboard-ların qurulması və onlara nəzarət;
Monitorinq dashboard-ları, problem analizi, üzə çıxan insidentlərin həlli, sənədləşdirmə və koordinasiyası;
Alert-lərə əhəmiyyət dərəcəsinə görə cavab vermək və prosedur və strategiyalara müvafiq olaraq problemlərin sürətli şəkildə report olunması;
Bizim üçün uyğun namizəd:
Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma);
Monitorinq prinsipləri haqqında anlayış, applikasiya və infrastruktur monitorinqi alətlərindən istifadə təcrübəyə (Dynatrace, Firebase, Google analytics, Grafana, Prometheus və s.);
Veb-texnologiyalarla bağlı anlayışa (REST, cloud-based applikasiyalar);
Logging və Management sistemləri ilə təcrübəyə (ElasticSearch, Kibana və s.) ;
Mikroservislər və Smartscape servis topologiyası haqqında baza anlayışlara;
Applikasiya performans problemlərinə analitik incələmə və texniki bacarığına;
Database sistemləri və SQL biliklərinə;
Ən azı bir proqramlaşdırma və ya scripting dili ilə bağlı təcrübəyə (Javaya üstünlük verilir);
Frontend tərəfli təcrübəyə (Javascript (React.JS));
Şəbəkə haqqında baza biliklərinə (HTTP, DNS, Load-balancers, şəbəkə təhlükəsizliyi və s);
Devops texnologiyaları haqqında anlayışına (Kubernetes, Openshift);
Yüksək ünsiyyət bacarıqlarına;
Git haqqında anlayışlara;
Komanda ilə işləmək bacarığına və yüksək motivasiyaya sahib olan şəxsdir.
Apply at the source
This role was published by ABB and listed via ABB. Applications are handled there, not on this site.
Original posting: https://careers.abb-bank.az/vakansiyalar/v2/5356