İnfrastruktur təhlükəsizliyi üzrə baş mütəxəssis
- Location
- Remote
- Employment
- Full-time
- Level
- Specialist
- Category
- Security
- Posted
- Deadline
Description
Vəzifə öhdəlikləri:
Yeni informasiya təhlükəsizliyi texnologiyalarının və həllərinin araşdırılması,
qiymətləndirilməsi, seçimi, konsepsiyanın sınaqdan keçirilməsi (PoC) və tətbiqi proseslərində iştirak
etmək;
İnformasiya sistemlərinin və həssas məlumatların məxfiliyini,
bütövlüyünü və əlçatanlığını təmin etmək, icazəsiz girişlərin və məlumat sızmalarının qarşısının alınması üzrə
təhlükəsizlik nəzarətlərini tətbiq etmək;
NGFW, IDS/IPS, DDoS müdafiəsi,
WAF, NAC, PAM, DLP və digər informasiya təhlükəsizliyi sistemlərinin layihələndirilməsi, konfiqurasiyası, idarə
edilməsi, monitorinqi və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək;
Şəbəkə arxitekturasını təhlil etmək, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə Zero
Trust, mikroseqmentasiya və Defense-in-Depth kimi təhlükəsizlik modellərini tətbiq etmək;
Şəbəkə trafikinin və təhlükəsizlik hadisələrinin monitorinqini və təhlilini aparmaq, potensial
təhdidləri müəyyənləşdirmək və müvafiq qabaqlayıcı tədbirləri həyata keçirmək;
Firewall qaydalarını və zonalararası giriş siyasətlərini hazırlamaq, optimallaşdırmaq və idarə
etmək; VLAN, ACL, NAT, routing, port security, 802.1X və digər şəbəkə təhlükəsizliyi mexanizmlərini konfiqurasiya
etmək;
VPN, site-to-site və uzaqdan giriş (remote access) bağlantılarını
təhlükəsiz şəkildə qurmaq, idarə etmək və monitorinqini həyata keçirmək;
İmtiyazlı istifadəçi hesablarının avtomatik aşkarlanması, PAM həllərinə və mərkəzləşdirilmiş
parol saxlancına (vault) inteqrasiyası, eləcə də imtiyazlı sessiyaların qeydə alınması və monitorinqini təmin
etmək;
WAF həllərinin konfiqurasiyasını və optimallaşdırılmasını həyata
keçirmək, veb tətbiqlərinə yönəlmiş spesifik hücum vektorlarına qarşı effektiv təhlükəsizlik siyasətlərini
formalaşdırmaq və idarə etmək;
Təhlükəsizlik sistemlərində loqların
toplanması və idarə edilməsi, şifrələmə mexanizmləri və rəqəmsal sertifikatların həyat dövrünün idarə olunmasını
təmin etmək;
Sızma testləri və təhlükəsizlik qiymətləndirmələrinin
nəticələrinə əsasən şəbəkə və informasiya sistemlərində aşkarlanan zəifliklərin aradan qaldırılması üzrə tədbirlər
görmək;
Layihə, məhsul və xidmətlər üzrə informasiya təhlükəsizliyi
siyasətlərinin, prosedurlarının, texniki təlimatların və təhlükəsizlik tələblərinin hazırlanmasında və tətbiqində
iştirak etmək;
İnformasiya təhlükəsizliyi həllərinin effektivliyini
qiymətləndirmək, mövcud təhlükəsizlik nəzarətlərini təkmilləşdirmək və informasiya təhlükəsizliyi üzrə qabaqcıl
təcrübələrin tətbiqini dəstəkləmək.
Tələblər:
Şəbəkə təhlükəsizliyi, sistem təhlükəsizliyi və ya informasiya təhlükəsizliyi
sahəsində 3–4 il praktiki iş təcrübəsi;
Əsas və mürəkkəb şəbəkə
protokolları, firewall sistemlərinin arxitekturası, idarə edilməsi və konfiqurasiyası üzrə dərin praktiki
biliklər;
Yeni nəsil təhlükəsizlik avadanlıqlarının (NGFW və s.)
layihələndirilməsi, arxitekturasının qurulması, konfiqurasiyası və tətbiqi üzrə təcrübə;
VPN (IPsec, SSL VPN), NAT və mürəkkəb ACL qaydalarının tərtibi, konfiqurasiyası və
optimallaşdırılması üzrə praktiki təcrübə;
Windows Server (Active
Directory, Group Policy, LDAP) və Linux (Ubuntu, RHEL və s.) əməliyyat sistemləri mühitlərində təhlükəsizlik
inzibatçılığı, sistemlərin sərtləşdirilməsi (hardening) və təhlükəsizlik yeniləmələrinin (patch management) idarə
olunması üzrə bilik və təcrübə;
İmtiyazlı girişlərin idarə edilməsi
(Privileged Access Management – PAM) prinsipləri və həlləri üzrə biliklər, o cümlədən parolların dövri yenilənməsi
(password rotation), zərurət yarandıqda müvəqqəti imtiyazlı girişin təmin edilməsi (just-in-time access), minimum
səlahiyyət prinsipi (least privilege) və girişlərin auditinin aparılması;
Veb tətbiqlərinin təhlükəsizliyinin təmin edilməsi, veb təhlükəsizlik avadanlıqlarının və
həllərinin (WAF və s.) konfiqurasiyası, eləcə də OWASP Top 10 çərçivəsində müəyyən edilən təhlükəsizlik risklərinə
qarşı müdafiə mexanizmlərinin tətbiqi üzrə təcrübə;
SIEM sistemlərinin
(Splunk, IBM QRadar, CrowdStrike və s.) quraşdırılması, konfiqurasiyası, loq mənbələrinin inteqrasiyası və
təhlükəsizlik hadisələrinin monitorinqi üzrə praktiki təcrübə;
Wireshark,
tcpdump və digər şəbəkə analiz alətlərindən istifadə etməklə təhlükəsizlik insidentlərinin təhlili, araşdırılması və
səbəblərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar;
Şəbəkə təhlükəsizliyi,
sistemlərin qorunması və informasiya təhlükəsizliyi həllərinin layihələndirilməsi, konfiqurasiyası və tətbiqi üzrə
zəngin praktiki təcrübə.
İş şərtləri:
İş qrafiki: Tam iş günü (5 gün).
İş
saatları: 08:00-17:00, 09:00-18:00
İş yeri: Bakı
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Apply at the source
This role was published by Milli Kibertəhlükəsizlik Agentliyi and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/infrastruktur-tehlukesizliyi-uzre-bas-mutexessis-jiKRwV