Find your next opportunity

Newest first

Leading SOC Automation Engineer

Milli Kibertəhlükəsizlik Agentliyi

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted
Deadline

Description

Vəzifə öhdəlikləri:

SOAR platformasında təhlükəsizlik hadisələrinin qeydiyyatı, əlavə məlumatlarla

zənginləşdirilməsi, əlaqələndirilməsi, yönləndirilməsi və eskalasiyası üzrə avtomatlaşdırılmış ssenarilərin

hazırlanması və təkmilləşdirilməsi;

SIEM, hadisələrin idarə edilməsi,

təhdid kəşfiyyatı və bildiriş sistemləri arasında API inteqrasiyalarının qurulması, sazlanması və fasiləsiz

işləkliyinin təmin edilməsi;

Avtomatlaşdırma ssenarilərinin işə düşmə

şərtlərinin, istifadə olunan məlumat mənbələrinin, qərarvermə məntiqinin, icra nəticələrinin və tələb olunan

səlahiyyətlərin sənədləşdirilməsi, həmçinin əl ilə icra prosedurlarının müəyyən edilməsi;

Ssenarilərdə xətaların, gecikmələrin, natamam məlumatların və inteqrasiya olunan xidmətlərin

əlçatmazlığının nəzərə alınması, təkrar əməliyyatların qarşısının alınması mexanizmlərinin

tətbiqi;

Ssenarilərin versiyalarının və dəyişiklik tarixçəsinin idarə

edilməsi, texniki hesablar üçün minimum zəruri səlahiyyət prinsipinin tətbiqi və məxfi məlumatların, API açarlarının

təhlükəsiz saxlanmasının təmin edilməsi;

Avtomatlaşdırma ssenarilərinin

normal, xəta və yüksək yük şəraitində sınaqdan keçirilməsi, geri qaytarma mexanizmlərinin yoxlanılması və

nəticələrin SOC analitikləri ilə birgə qiymətləndirilməsi;

Avtomatlaşdırılmış proseslərin monitorinqinin təşkili, icra jurnallarının, xətaların və

gecikmələrin izlənilməsi, risk yaradan ssenarilərin dayandırılması və aidiyyəti şəxslərin vaxtında

məlumatlandırılması;

Təsdiqlənmiş süni intellekt alətlərinin istifadəsi

zamanı nəticələrin mənbələrinin və qeyri-müəyyənlik səviyyəsinin göstərilməsi, müxtəlif qurumlara aid məlumatların

məxfiliyinin və ayrılığının qorunması, insan nəzarətinin təmin edilməsi;

Avtomatlaşdırmanın əməliyyat vaxtına, işin keyfiyyətinə və təhlükəsizlik risklərinə təsirinin

qiymətləndirilməsi, icra göstəriciləri üzrə aylıq hesabatların hazırlanması;

Avtomatlaşdırma ssenarilərinin reyestrinin və istifadə təlimatlarının aktual saxlanılması,

dayandırma və bərpa prosedurlarının komanda üzvlərinə çatdırılması, cavab tədbirlərinin yalnız verilmiş

səlahiyyətlər çərçivəsində icrası.

Tələblər:

SOC əməliyyatları və insidentlərin təhlili: Təhlükəsizlik

xəbərdarlıqlarının təhlili, əlaqəli hadisələrin korrelyasiyası, risk səviyyəsinə görə prioritetləşdirilməsi və

eskalasiyası. MITRE ATT&CK çərçivəsi əsasında hücum taktika və texnikalarının müəyyən edilməsi, yanlış

pozitivlərin aşkarlanması və avtomatlaşdırmaya uyğun əməliyyat addımlarının seçilməsi;

SOAR platformaları və playbook hazırlanması: Cortex XSOAR, Splunk SOAR,

CrowdStrike Falcon Fusion SOAR və ya analoji platformalardan ən azı biri ilə işləmək bacarığı. Hadisələrin

qeydiyyatı, zənginləşdirilməsi, yönləndirilməsi və eskalasiyası üçün çoxmərhələli playbook-ların hazırlanması və

sazlanması. İşə düşmə şərtləri, qərar məntiqi, alt ssenarilər, giriş-çıxış məlumatları və təsdiq mərhələlərinin

qurulması;

SIEM platformaları və sorğu dilləri: Ən azı

bir SIEM platformasında (Splunk, Microsoft Sentinel və ya analoji sistem) işləmək, SPL, KQL, CQL və ya uyğun sorğu

dili ilə axtarış və təhlil aparmaq bacarığı. Müxtəlif mənbələrdən alınan hadisə qeydlərinin korrelyasiyası, məlumat

sahələrinin və zaman göstəricilərinin uyğunluğunun yoxlanılması, nəticələrin SOAR ssenarilərinə

inteqrasiyası;

API və sistem inteqrasiyaları: REST API,

HTTP/HTTPS, JSON, webhook, OAuth 2.0 və API tokenləri ilə işləmək üzrə biliklər. Hazır inteqrasiya modullarının

sazlanması, səhifələmə (pagination), sorğu limitləri (rate limiting), autentifikasiya və bağlantı xətalarının idarə

edilməsi;

Avtomatlaşdırma ssenarilərinin etibarlılığı:

İcra müddəti limitlərinin, təkrar cəhdlərin (retry), gözləmə intervallarının və natamam məlumat hallarının idarə

olunması. İdempotentlik mexanizmlərinin tətbiqi, təkrar icranın yaratdığı əlavə əməliyyatların qarşısının alınması,

təhlükəsiz dayandırma və əl ilə icraya keçid mexanizmlərinin hazırlanması;

Sınaq, versiyalaşdırma və dəyişikliklərin idarə edilməsi: Avtomatlaşdırma

ssenarilərinin normal iş, xəta və yüksək yük şəraitində sınaqdan keçirilməsi. Qəbul meyarlarının

müəyyənləşdirilməsi, istifadəçi qəbulu sınaqlarının (UAT) aparılması, dəyişikliklərin təsirinin qiymətləndirilməsi,

versiyalara nəzarət və geri qaytarma (rollback) planlarının hazırlanması;

Monitorinq və nasazlıqların diaqnostikası: Playbook-ların və inteqrasiyaların

icra jurnallarının təhlili, uğurlu icra faizi, xəta sayı, emal müddəti və növbədəki tapşırıqların sayının

monitorinqi. Xəbərdarlıq hədlərinin təyin edilməsi, nasazlıqların əsas səbəblərinin müəyyənləşdirilməsi və operativ

aradan qaldırılması;

Məlumat təhlükəsizliyi və girişə

nəzarət: Minimum zəruri səlahiyyət prinsipinin tətbiqi, texniki hesabların və API açarlarının təhlükəsiz

idarə edilməsi, həssas məlumatların maskalanması, audit qeydlərinin aparılması və məlumatların saxlanma müddətlərinə

riayət edilməsi. Müxtəlif qurumlara aid məlumatların məntiqi ayrılığının, məlumat ötürülməsinə məhdudiyyətlərin və

kritik əməliyyatlar üzrə səlahiyyət yoxlamalarının təmin edilməsi;

Süni intellekt alətlərinin təhlükəsiz tətbiqi: AI/LLM alətlərinə ötürülən

məlumatların və alınan nəticələrin yoxlanılması, nəticələrin mənbələrinin və qeyri-müəyyənlik səviyyəsinin

göstərilməsi. Prompt injection, məlumat sızması və əsassız nəticələr risklərinin idarə edilməsi, kritik

əməliyyatlarda insan nəzarətinin və məsul şəxsin təsdiqinin təmin edilməsi.

İş şərtləri:

İş qrafiki: Tam iş günü (5 gün).

İş yeri:

Bakı

Maraqlanan namizədlər

öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Apply at the source

This role was published by Milli Kibertəhlükəsizlik Agentliyi and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗