Proqramçı Böyük Mütəxəssis

OBA marketlər şəbəkəsi

Location
Not specified
Employment
Full-time
Category
Backend
Posted

Description

Şirkətin əsas informasiya sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi, yeni modulların və funksionallıqların hazırlanması və mövcud həllərin optimallaşdırılmasını təmin etmək;

Biznes tələblərini texniki həllərə çevirmək, proqram təminatının arxitekturasını, komponentlərini və inteqrasiya mexanizmlərini layihələndirmək və inkişaf etdirmək;

Backend proqram təminatının hazırlanması, mövcud tətbiqlərin inkişaf etdirilməsi və performans göstəricilərinin optimallaşdırılmasını həyata keçirmək;

Sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi məqsədilə REST API-lərin hazırlanması, inteqrasiyası və dəstəklənməsini həyata keçirmək;

Şirkətin daxili sistemləri, mobil və veb tətbiqlər, ERP və digər korporativ platformalar arasında inteqrasiyaların qurulması və dayanıqlı fəaliyyətinin təmin edilməsində iştirak etmək;

CI/CD proseslərinin qurulması və təkmilləşdirilməsi, proqram təminatının test və production mühitlərinə etibarlı şəkildə çıxarılmasını təmin etmə

İş qrafiki: 5 günlük,

09:00-18:00

Requirements

Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )

Təcrübə: Minimum 4- 5 il peşəkar iş təcrübəsi ( Proqram təminatının hazırlanması və inkişafı sahəsində)

Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;

Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;

Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;

REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;

Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;

Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;

Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;

Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;

Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by OBA marketlər şəbəkəsi and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗