Proqramçı

AS Group

Location
Not specified
Employment
Freelance
Category
Backend
Posted

Description

İşin təsviri:

Veb-platformanın server tərəfinin və əsas funksionallığının hazırlanması;

İstifadəçilər üçün veb interfeyslərin, əməkdaş portallarının və inzibati panellərin hazırlanması;

Məlumat bazasının hazırlanması və inkişaf etdirilməsi;

1C, korporativ portal və digər sistemlərlə inteqrasiyaların qurulması;

Biznes proseslərinin 1C-dən veb-platformaya köçürülməsində iştirak edilməsi;

Proqram təminatının keyfiyyətinin yoxlanılması, test edilməsi;

Məhsul komandasında iş: tapşırıqların analitiklərlə birgə dekompozisiyası və qiymətləndirilməsi, demo, qəbul prosesində iştirak.

1C və veb-mühit arasında məsuliyyət zonalarının bölüşdürülməsi üzrə qərarların qəbulunda analitiklər və 1C komandası ilə birgə iş;

Tələb olunanlar:

Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;

Təcrübə: 3 ildən az olmayaraq proqramlaşdırma təcrübəsi;

PostgreSQL üzrə sxem layihələndirmə səviyyəsində bilik

REST API-ların layihələndirilməsi və sənədləşdirilməsi (OpenAPI / Swagger);

Test yazmaq vərdişi - sadəcə kod deyil;

Rus dilində sərbəst ünsiyyət; İngilis dili - texniki sənədləri oxuma səviyyəsində.

Şəxsi keyfiyyətlər:

Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı;

Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı;

Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət;

Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi;

Komanda ilə effektiv əməkdaşlıq.

İş şərtləri:

İş qrafiki: 09:00–18:00

Məşğulluq növü: tam ştat / 5 iş günü

İş yeri: Zahid Xəlilov küç.576

Biz təklif edirik:

Rəqabətli əmək haqqı;

Stabil və peşəkar iş mühiti;

AS Group-un rəqəmsallaşma komandasında çalışma imkanı;

Güclü development komandası;

Karyera və peşəkar inkişaf imkanları.

İş şərtləri

İş qrafiki: 09:00–18:00

Məşğulluq növü: tam ştat / 5 iş günü

Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Apply at the source

This role was published by AS Group and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗