Kibertəhlükəsizlik inzibatçısı
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Security
- Posted
Description
Hörmətli bağlantılarım, hazırda Araz Supermarket MMC - də İnformasiya Təhlükəsizliyi departamentinin Kibertəhlükəsizlik Şöbəsində Kibertəhlükəsizlik inzibatçısı Kibertəhlükəsizlikinzibatçısı vakansiyası aktivdir.
Öhdəliklər
Müəyyən edilmiş standartlar, qaydalar və prosedurlar əsasında işlərin planlaşdırılması və icrası;
Sistem və şəbəkə təhlükəsizliyi üzrə sazlama işlərinin həyata keçirilməsi;
Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığının təmin edilməsi;
Firewall avadanlıqlarında giriş icazələrinin tənzimlənməsi və idarə olunması;
Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin fasiləsiz işlək vəziyyətdə saxlanılması, loqlama mexanizmlərinin qurulması və optimallaşdırılması;
Şirkət layihələrində kibertəhlükəsizlik tələblərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasında iştirak;
Təhlükəsizlik testləri nəticəsində aşkarlanan boşluqların aradan qaldırılması;
Əməliyyatların dayanıqlığı və fövqəladə hallardan bərpa (DRP) planlaşdırılması, test edilməsi və icrasında iştirak;
Kritik informasiya resurslarında edilən dəyişikliklər zamanı müvafiq kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi;
Şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
Ali təhsil (İT və ya kibertəhlükəsizlik sahəsi üzrə olması arzuolunandır);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Firewall (Palo Alto, Fortinet və s.), VPN və IDS/IPS sistemləri ilə praktiki iş təcrübəsi;
Şəbəkə, sistem və təhlükəsizlik avadanlıqları, onların əməliyyat sistemləri və beynəlxalq İT standartları üzrə biliklər;
NGFW, CCNA, CompTIA Security+ üzrə nəzəri və praktiki biliklər;
Analitik düşünmə, problem həll etmə və komandada işləmə bacarığı.
Bulud mühitlərində (Azure, AWS və ya GCP) təhlükəsizlik prinsipləri üzrə biliklər üstünlükdür;
İş şəraiti
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər Kibertəhlükəsizlik inzibatçısı adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Apply at the source
This role was published by Araz Supermarket and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/araz-supermarket-kibertehlukesizlik-inzibatcisi-150748