İnformasiya Təhlükəsizliyi üzrə İdarəetmə, Risk və Komplayens mütəxəssisi (GRC)

TuranBank ASC

Location
Not specified
Employment
Full-time
Category
Security
Posted

Description

  • Təşkilatın İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (İTİS/ISMS) çərçivəsindəki fəaliyyətlərdə fəal iştirak;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, standart və digər normativ sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi;
  • İnformasiya aktivləri üzrə risk qiymətləndirmə proseslərinin aparılması və risk idarəetməsi tədbirlərinə dəstək;
  • ISO/IEC 27001 və digər aidiyyəti standartlara uyğunluğun daim izlənilməsi;
  • PCI DSS uyğunluq tədbirlərinin planlaşdırılması və icra prosesində iştirak;
  • Daxili auditlərin, komplayens yoxlamalarının və nəzarət tədbirlərinin keçirilməsində iştirak;
  • Aşkarlanan uyğunsuzluqların qeydə alınması, düzəldici/qabaqlayıcı tədbirlərin icrasına nəzarət;
  • Təchizatçı və üçüncü tərəflərin informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi prosesinə cəlb olunma;
  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirici təlim və tədbirlərin təşkilinə yardım;
  • Audit, komplayens və risk idarəetməsi ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Şöbə müdirinin tapşırıqları çərçivəsində əlaqəli digər vəzifələrin icrası.

Apply at the source

This role was published by TuranBank ASC and listed via Careera. Applications are handled there, not on this site.

View & apply on careera.az ↗