İnformasiya Təhlükəsizliyi Mərkəzinin aparıcı mühə...

Azər Türk Bank

Location
Not specified
Employment
Freelance
Category
Security
Posted

Description

  • Şəbəkə infrastrukturu, serverlər və veb/mobil tətbiqlər üzrə mütəmadi penetrasiya testlərini planlaşdırmaq və həyata keçirmək;
  • Şəbəkə, server və proqram təminatlarında zəiflikləri müəyyən etmək məqsədilə vulnerability scanning alətlərindən istifadə etmək;
  • Android, iOS və veb tətbiqlərinin mənbə kodlarında təhlükəsizlik qüsurlarını SAST/DAST metodologiyaları əsasında aşkar etmək;
  • Aşkar edilmiş təhlükəsizlik boşluqları üzrə texniki və icraedici heyət üçün aydın və strukturlaşdırılmış hesabatlar hazırlamaq;
  • Müəyyən edilmiş zəifliklərin aradan qaldırılması prosesini İT komandası ilə birgə koordinasiya etmək və zəruri texniki dəstəyi göstərmək;
  • Yeni hücum vektorları, sıfır-gün zəiflikləri (zero-day) və aktual kibertəhdidlər üzrə mütəmadi araşdırmalar aparmaq;
  • Korporativ təhlükəsizlik siyasəti və prosedurlarının hazırlanmasına töhfə vermək;
  • Red Team/Blue Team məşqlərinin təşkilində iştirak etmək.

Requirements

Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, Kompüter mühəndisliyi və ya digər əlaqəli texniki ixtisaslar üzrə);

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis və rus dillərini bilmək üstünlükdür;

Bank sektorunda müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;

Penetrasiya testləri sahəsində minimum 2 il iş təcrübəsi;

Metasploit, Burp Suite, Nmap, Nessus/OpenVAS, Wireshark və OWASP ZAP alətləri ilə peşəkar səviyyədə işləmək bacarığı;

OWASP Top 10, PTES, OSSTMM və MITRE ATT&CK metodologiyalarını praktiki olaraq tətbiq etmək bacarığı;

Android və iOS tətbiqlərinin statik və dinamik analizini aparmaq bacarığı (jadx, apktool, Frida, objection və s.);

Linux/Unix mühitlərində sərbəst işləmək, Bash, Python və ya PowerShell ilə skript yazmaq bacarığı;

TCP/IP, DNS, HTTP/S, SSL/TLS və Active Directory protokolları üzrə dərin biliklər;

CTF-lərdə və “Bug bounty” proqramlarında iştirak təcrübəsi üstünlükdür;

CEH, OSCP, eCPPTv3, CPTS, CWES, CompTIA PenTest+, GPEN və ya ekvivalent sertifikatların mövcudluğu üstünlükdür;

Detallara qarşı diqqətli olmaq, məsuliyyətli yanaşma;

Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by Azər Türk Bank and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗