Verilənlər Bazası Administratoru (Oracle/PostgreSQ...

Azər Türk Bank

PostgreSQLOracle

Location
Not specified
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

  • Oracle Database (11g–19c) və PostgreSQL verilənlər bazası sistemlərinin quraşdırılması, konfiqurasiyası, administrasiyası və dəstəklənməsi;
  • Verilənlər bazası arxitekturasının layihələndirilməsi, yaradılması və inkişaf etdirilməsi;
  • RMAN vasitəsilə ehtiyat nüsxələrin hazırlanması, Backup/Recovery və bərpa ssenarilərinin işlənməsi, mütəmadi test edilməsi və monitorinqi;
  • Oracle ASM, Data Guard, Active Data Guard və Multiple Standby texnologiyalarının tətbiqi, idarə olunması və optimallaşdırılması;
  • Verilənlər bazalarının yüksək əlçatanlığının (High Availability), məlumatların bütövlüyünün, təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • SQL sorğularının, PL/SQL prosedur və paketlərinin optimallaşdırılması (SQL Tuning), performans analizinin aparılması və verilənlər bazasının tuninqi;
  • Verilənlər bazalarının performansının monitorinqi, problemlərin diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
  • Linux/Unix, xüsusilə Oracle Linux mühitində verilənlər bazaları ilə bağlı administrasiya işlərinin icrası;
  • Verilənlər bazası üzrə texniki sənədləşmənin hazırlanması və mütəmadi yenilənməsi.

Requirements

İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;

Oracle Database (11g–19c) və PostgreSQL üzrə minimum 2–4 il praktiki iş təcrübəsi;

Oracle RMAN, ASM, Data Guard və Active Data Guard texnologiyaları ilə iş təcrübəsi;

SQL və PL/SQL üzrə yaxşı biliklər və performans optimallaşdırılması sahəsində praktiki təcrübə;

Backup/Recovery, Disaster Recovery və High Availability həlləri üzrə praktiki biliklər;

Linux/Unix, xüsusilə Oracle Linux əməliyyat sistemləri ilə işləmək bacarığı;

Analitik düşüncə, problemlərin operativ həlli və komanda ilə effektiv əməkdaşlıq bacarığı;

Texniki sənədlərlə işləmək üçün ingilis dili biliyi arzuolunandır;

Oracle RAC ilə iş təcrübəsi üstünlük hesab olunur;

Oracle Enterprise Manager (OEM) və ya digər monitorinq alətləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur;

PostgreSQL replikasiya və yüksək əlçatanlıq həlləri üzrə biliklər üstünlük hesab olunur;

Oracle sertifikatlarının (OCP/OCA) mövcudluğu üstünlük hesab olunur.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by Azər Türk Bank and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗